Hindistanda təqaüdlü təhsil almaq imkanı

  • 2021-04-27 - 00:00
  • Adpu Quba filialı

Hindistan Respublikasının Mədəni Əlaqələr Şurası (ICCR) Azərbaycan Respublikası vətəndaşları üçün Hindistanın müxtəlif universitetlərində təhsil almaq məqsədilə təqaüd proqramı təklif edir. Ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə elan edilən təqaüd proqramı müxtəlif ixtisas istiqamətlərini əhatə edir.

Tibb istisna olmaqla digər ixtisasları əhatə edən təqaüd proqramına müraciət üçün son tarix 30 may 2021-ci il nəzərdə tutulub. Tədris ingilis dilində aparılır.

Proqram çərçivəsində təhsil, qonaqlama və qida xərclərinin bir hissəsi qarşılanır.

Təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

Elan haqqında :

  • Başlama tarixi::2021-04-27
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-05-11
  • Məkan::Adpu Quba filialı