Hindistanda təhsil üçün təqaüd proqramına sənəd qəbulu davam edir

  • 16 Mayıs 2021 - 00:00
  • ADPU Quba filialı

Hindistan Respublikasının Mədəni Əlaqələr Şurası (ICCR) Azərbaycan Respublikası vətəndaşları üçün Hindistanın müxtəlif universitetlərində təhsil məqsədilə təqaüd proqramı təklif edib.

Ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə elan edilən təqaüd proqramı tibb sahəsi istisna olmaqla müxtəlif ixtisas istiqamətlərini əhatə edir.

Tədris dili ingiliscə nəzərdə tutulub.

Proqram çərçivəsində təhsil haqqı, qonaqlanma və qidalanma xərclərinin bir hissəsi qarşılanır.

Təqaüd proqramı barədə ətraflı məlumatı keçiddən əldə etməyiniz mümkündür.

Müraciət forması: Təqaüd proqramına müraciət internet səhifəsi vasitəsilə onlayn qaydada həyata keçirilir. Son müraciət tarixi 30 May, 2021-ci il nəzərdə tutulub.

EVENT INFO :

  • Start Date:16 Mayıs 2021
  • Start Time:00:00
  • End Date:16 Mayıs 2022
  • Location:ADPU Quba filialı