“Genetik Ehtiyatlar İnstitutunun əsərləri” jurnalına məqalə qəbul edilir

  • 2021-05-04 - 00:00
  • ADPU Quba filialı

“AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Əsərləri” jurnalına məqalə qəbulu elan edilir.

Jurnalın redaksiya heyətinə məqalələr 30 iyun 2021-ci il tarixinədək  təqdim olunmalıdır.

Jurnalda genetika, genomika (genomics), insan genetikası, bioinformatika, seleksiya və toxumçuluq, ekologiya və bioloji ehtiyatlar elmlərinin müxtəlif sahələrinə və fənnlərarası tədqiqatlara aid yüksək keyfiyyətli məqalələr çap edilir.

Jurnalda dərc edilmək üçün təqdim olunan məqalələr aşağıdakı tələblərə cavab verməlidir:

– Orijinal tədqiqatların nəticələrini əks etdirməli;

– Əvvələr dərc edilməməli;

– Digər jurnal və kitaba dərc edilmək üçün təqdim olunma mərhələsində olmamalı.

Məqalələr Azərbaycan, İngilis və Rus dillərinin birində yazılmalıdır. Elmi tədqiqat

xarakterli məqalələrin həcmi uyğun olaraq 4-8 səhifədə tərtib edilməli, icmal xarakterli məqalələr isə 8-10 səhifədən çox olmamalıdır.

Jurnalın tələblərinə müvafiq qaydada tərtib olunmayan məqalələr çap edilmir.

Məqalələrin tərtibi və müraciət qaydaları haqqında daha ətraflı məlumatları buradan əldə edə bilərsiniz.

Elan haqqında :

  • Başlama tarixi::2021-05-04
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-10-24
  • Məkan::ADPU Quba filialı