“Gender problemi və müasir Azərbaycan” mövzusunda beynəlxalq konfransa məqalələr qəbul olunur

  • 2021-06-14 - 00:00

19 noyabr, 2021-ci il tarixində Azərbaycan Universitetində “Gender problemi və müasir Azərbaycan” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Middlesex Universitetinin (London, Böyük Britaniya) tərəfdaşlığı ilə keçiriləcək tədbirin əsas məqsədi Azərbaycanda gender bərabərliyinin təmin olunması məsələsini diqqət mərkəzində saxlamaq, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaq, mövcud problemlərin təhlili və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək, bu sahədə ölkədə əldə edilən uğurları beynəlxalq təcrübə ilə müqayisə etməkdən ibarətdir. Konfransın işində ali təhsil müəssisələrinin, AMEA-nın uyğun profilli institutlarının, bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, mətbuatın, səfirliklərin nümayəndələrinin iştirakı planlaşdırılır.

Konfransın əsas elmi istiqamətləri aşağıdakılardır:

-Gender və tarix;

-Dində gender aspektləri;

-Müasir cəmiyyətin gender problemləri;

-Azərbaycanda gender demokratiyasının inkişafı;

-İqtisadi nəzəriyyənin gender aspekti;

-Gender tədqiqatlarının hüquqi aspektləri;

-Gender və mədəniyyət;

-Ədəbiyyatımızda gender problem.

Konfrans barədə daha ətraflı məlumatla keçid vasitəsilə tanışola bilərsiniz.

Qeyd edək ki, 2017 və 2018-ci illərdə respublika miqyasında keçirilən tədbir 2019-cu ildən başlayaraq beynəlxalq statusda keçirilib. Konfransa göstərilən maraq və diqqət bu qərarın alınmasına öz təsirini göstərib. İki konfransın təcrübəsi göstərib ki, bu sahəyə maraq böyükdür və mütəxəssislərin müzakirə etmək üçün xeyli ideya və yanaşmaları mövcuddur.

 

Elan haqqında :

  • Başlama tarixi::2021-06-14
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-11-19
  • End Time:00:00