“Gender problemi və müasir Azərbaycan” Beynəlxalq konfransı keçiriləcək

  • 2021-04-23 - 00:00
  • ADPU Quba filialı

19 Noyabr, 2021-ci il tarixində Azərbaycan Universitetində “Gender problemi və müasir Azərbaycan” Beynəlxalq konfransı keçiriləcək.

Middlesex Universitetinin (London, Böyük Britaniya) tərəfdaşlığı ilə noyabr ayında keçiriləcək tədbirin əsas məqsədi Azərbaycanda gender bərabərliyinin təmin olunması məsələsini diqqət mərkəzində saxlamaq, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaq, mövcud problemlərin təhlili və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək, bu sahədə ölkədə əldə edilən uğurları beynəlxalq təcrübə ilə müqayisə etməkdən ibarətdir. Konfransın işində ali təhsil müəssisələrinin, AMEA-nın uyğun profilli institutlarının, bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, mətbuatın, səfirliklərin nümayəndələrinin iştirakı planlaşdırılır.

Məqalələr üçün əsas elmi istiqamətlər aşağıdakılardır:

-Gender və tarix;        

-Dində gender aspektləri;

-Müasir cəmiyyətin gender problemləri;

-Azərbaycanda gender demokratiyasının inkişafı;

-İqtisadi nəzəriyyənin gender aspekti;

-Gender tədqiqatlarının hüquqi aspektləri;

-Gender və mədəniyyət;

-Ədəbiyyatımızda gender problemi.

Konfransın işçi dilləri Azərbaycan, rus, ingilis dilləridir.

Tezislərin tərtibi üçün aşağıdakı tələblər irəli sürülüb:

Həcm 3 səhifəyə qədər, format A4, şrift  Times New Roman, ölçü 14, hər tərəfdən 2,0 sm, 1,5 interval, abzas 1,25 olmalıdır.

Açar sözlər ədəbiyyat siyahısından əvvəl göstərilməlidir. Əgər material rus və ya ingilis dilində təqdim edilirsə tezisin sonunda azərbaycan dilində xülasə əlavə olunmalıdır.

Tezisin adı böyük hərflərlə, qalın şriftlə (ölçü 14)

Müəllifin soyadı, adı, atasının adı qalın şriftlə (ölçü 14)

Təşkilat və şəhərin adı adi şriftlə (ölçü 12)

Tezisin mətnində qaynaqlara istinad, kvadrat mötərizədə nömrə ilə (istinadın ədəbiyyat siyahısındakı nömrəsinə müvafiq olaraq) verilir (məs.: [1], [2]). İstifadə olunan ədəbiyyatın siyahısı tezisin sonunda, əlifba sırası ilə və nömrələnməklə verilir (ölçü 14).

Konfransa qeydiyyat haqqı 30 manatdır.

Sual və təkliflər üçün əlaqə vasitələri:

E-poçt: elm@au.edu.az
Tel: (+99412) 431 41 12/13/16 (daxili 160)

Elan haqqında :

  • Başlama tarixi::2021-04-23
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-05-11
  • Məkan::ADPU Quba filialı