Gənclər Fondunun təşkilatçılığı ilə intellektual oyunlar keçiriləcək

  • 2021-04-22 - 00:00
  • ADPU Quba filialı

Azərbaycan Respublikasının Gənclər Fondu və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq “Fərdi Oyun üzrə Respublika Birinciliyi” çempionatına start verilir.

Çenpionatın seçim mərhələsindən uğurla keçən gənclər 3 həftə boyunca (24-25 aprel; 8-9 may; 22-23 may) intellektual oyuna qoşularaq müxtəlif mövzularda sualları cavablandıracaqlar. Ən çox reytinq xalı toplayan 16 iştirakçı 28 May Respublika Günü ərəfəsində keçiriləcək böyük finala vəsiqə qazanacaq. Finala vəsiqə qazananlar çempionluq uğrunda mübarizə aparacaqlar. Yekunda 4 gənc qalib olacaq. Qaliblər dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.

Çempionatda iştirak etmək istəyən tələbələr link vasitəsilə qeydiyyatdan keçə bilərlər. Son qeydiyyat tarixi 23 Aprel, saat 23:59 nəzərdə tutulub.

Qeyd edək ki, seçim mərhələsi və oyunlar onlayn platformalar üzərindən aparılacaq.

Elan haqqında :

  • Başlama tarixi::2021-04-22
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-10-24
  • Məkan::ADPU Quba filialı