Gənc tədqiqatçıların nəzərinə.”Qarabağ: Zəfərə Gedən Yol” adlı XVII Beynəlxalq elmi konfrans keçiriləcəkdir.

  • 2021-07-19 - 00:00
  • ADPU Quba filialı

27 avqust 2021-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının, ELGER Beynəlxalq Elm Mərkəzinin, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun, Bakı Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun və Bakı Dövlət Universitetinin Qazax filialının təşkilatçılığı ilə İsveçin Gothenburg Universiteti ilə birlikdə “Qarabağ: Zəfərə Gedən Yol” adlı XVII Beynəlxalq elmi konfrans keçiriləcəkdir. Sizləri bu konfransda iştirak etməyə dəvət edirik.
Qeyd edək ki, bu konfransın keçirilməsində məqsəd son iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaq və Azərbaycanın şanlı qələbəsi ilə bitən 44 günlük “Vətən müharibəsi”nin həqiqətləri haqqında fikir mübadiləsi aparmaqdır. Bununla yanaşı, bu konfransın keçirilməsinin ideyası gənclərin maariflədirilməsi və vətənpərvərlik ruhunun artmasına kömək olmaqla yanaşı, eləcə də Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə verməkdir.

Konfrans haqqında aşağıdakı alt sənədlərdən ətraflı məlumat ala bilərsiz.
Qeyd: Konfransın nəticələri əsasında məqalələr məcmuəsi mərkəzin saytında (elger-etm.com) yerləşdiriləcək. Konfransın yekunu kimi İSBN indeksli toplu nəşr olunacaq. Həmçinin iştirakçılara ingilis dilində yazılmış beynəlxalq sertifikatlar veriləcək.
Əlaqə: +994 55 799 43 99 (Sərxan Cəfərov)

İnformation paper (Az)

 

Elan haqqında :

  • Başlama tarixi::2021-07-19
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-08-29
  • End Time:00:00
  • Məkan::ADPU Quba filialı