Erasmus+ KA1 mübadilə proqramı xətti ilə Danimarkada təhsil almaq istəyən tələbələrimizin nəzərinə

  • 06 Eylül 2022 - 00:00
  • ADPU QUBA filialı

Kopenhagen Universitet Kolleci (Danimarka) ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında mövcud ikitərəfli Erasmus+ mübadilə proqramına əsasən universitetimizin tələbələri 2022/2023-cü tədris ilinin payız semestri (5 ay) müddətində Danimarkada təhsilini davam etdirmək imkanı əldə edir.
Kimlər müraciət edə bilər?
İngilis dili biliyi B2 olan tələbələr. Bakalavr səviyyəsinin əsasən II və III tədris ilində təhsil alan tələbələri ( IV tədris ilinin tələbələri öz razılıq ərizələri ilə)
Filologiya fakültəsinin İngilis dili və Fransız dili müəllimliyi ixtisası üzrə, Tarix və coğrafiya fakültəsinin Sosial İş ixtisası üzrə və Məktəbəqədər təhsil fakültəsinin II və III kurs bakalavr pilləsində təhsil alan tələbələrə üstünlük veriləcəkdir.

Təqaüd səyahət və yaşayış xərclərini əhatə edir.
Qeyd edək ki, müsahibələr 10-15 sentyabr tarixlərində keçiriləcəkdir. Seçilən namizədlərin online qeydiyyatı üçün son tarix 1 oktyabrdır.
Əlavə məlumat və müraciət üçün kontaktlar: e -mail: rana.hasanova2@adpu.edu.az tel: +99412 498 95 46 Əsas korpus, Beynəlxalq əlaqələr şöbəsi ( 218-ci otaq )

EVENT INFO :

  • Start Date:06 Eylül 2022
  • Start Time:00:00
  • End Date:30 Eylül 2022
  • End Time:00:00
  • Location:ADPU QUBA filialı