ELAN

  • 26 Temmuz 2022 - 00:00
  • ADPU QUBA filialı
ADPU-nun Quba filialının təşkilatçılığı və Quba GKİM nümayəndəliyinin dəstəyi ilə 1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr edilən yalnız filialın müəllim və əməkdaşlarının iştirak edə biləcəyi “Dilimiz və tariximiz” adlı intellektual bilik müsabiqəsi elan edir.
Müsabiqə qalibi olacaq komanda filialın direktoru tərəfindən Diplomla təltif ediləcəkdir.
Azərbaycan dili, Azərbaycan tarixi və s. mövzularda hazırlanmış əyləncəli və elm tutumlu suallardan ibarət “Dilimiz və tariximiz” adlı intellektual yarış əyani formada filialın Akt zalında Azərbaycan dili və əlifbası günündə – 1 avqust 2022-ci il tarixdə saat 12:00-da həyata keçiriləcək.
Komandaların tərkibi püşkatma yolu ilə seçiləcək.
Qeyd edək ki, komandaların birində filialın direktoru dosent Y.Alıyev də iştirakçı qismində yarışacaqdır.
Yarışda iştirakçı kimi qeydiyyatdan keçmək istəyənlər filialın rəsmi feysbuk səhifəsinin inboxuna və ya linkin altında rəy bölməsinə yaza bilərlər.
Son qeydiyyat tarixi: 28 iyul 2022-ci il.
Yarışı izləmək istəyənlər isə həmin tarixdə filiala gələ bilərlər.

EVENT INFO :

  • Start Date:26 Temmuz 2022
  • Start Time:00:00
  • End Date:31 Ağustos 2022
  • End Time:00:00
  • Location:ADPU QUBA filialı