Dünyanın nüfuzlu universitetlərinin iştirakı ilə beynəlxalq forum baş tutacaq

  • 2021-06-09 - 00:00
  • ADPU Quba filialı

“Times Higher Education” və Qərbi Kaspi Universitetinin birgə tərəfdaşlığı ilə 2021-ci ilin iyun ayının 14-də “Təhsilin transformasiyası” mövzusunda Qərbi Kaspi Universitetinin ev sahibliyi etdiyi beynəlxalq tədbir keçiriləcək.

Forumda eyni zamanda BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri naminə fəaliyyətində universitetlərin rolu məsələlərinə toxunulacaq. Forumda mindən çox xarici universitet nümayəndələrinin iştirakı gözlənilir.

Bu vacib forum zamanı universitetlərin keyfiyyətli təhsildə BMT-nin Davamlı İnkişaf Məqsədlərindən biri olan Keyfiyyətli Təhsil məqsədinə nail olunmasında roluna toxunulacaq və aşağıdakı məqsədlər araşdırılacaq:

– Universitetlərin təhsilə çıxış imkanlarını yaxşılaşdırmaq öhdəliyi;

– İnklüziv təhsil modellərinin yaradılması;

– Ömürboyu öyrənmə vərdişlərini mənimsəmək;

– Qısamüddətli kurslar və sertifikatlar üçün yeni bir dövr;

– Gələcəkdə təhsil təcübə əsasındamı qurulacaq?

– Keyfiyyətli təhsil məqsədinə nail olmaqda tərəfdaşlığın rolu.

Tədbirin çıxışçıları arasında UNESCO-nun Ömürboyu Təhsil İnsitutunun direktoru David Atchoatena, Avropa Universitetlər Assosiasiyasının İnstitutsional İnkişaf şöbəsinin direktoru Tia Loukkola, Aukland Universitetinin prorektoru Dawn Freshwater və Götenburq Universitetinin prorektoru Eva Wiberg yer alıb. Tədbirdə eyni zamanda Qərbi Kaspi Universitetinin təsisçisi Professor Hüseyn Bağırov, millət vəkilləri Şahin Seyidzadə və Pərvin Kərimzadə, Qərbi Kaspi Universitetinin rektoru Andris Leitas, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə çıxış edəcəklər.

Tədbir barədə ətraflı məlumat almaq və qeydiyyat üçün linkə daxil ola bilərsiniz.

Elan haqqında :

  • Başlama tarixi::2021-06-09
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-09-29
  • Məkan::ADPU Quba filialı