Doktorant və dissertantların elmi konfransı keçiriləcək

  • 2021-04-26 - 00:00
  • Adpu Quba filialı

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında doktorant və dissertantların elmi konfransı keçiriləcək.

İştirak üçün təqdim olunan materiallar 2021-ci il may ayının 3-dək  doktorantura-dia@mail.ru elektron poçt ünvanına göndərilməlidir.

Konfransa təqdim olunan məqalə aşağıdakı tələblərə uyğun tərtib edilməlidir:

Məqalə Azərbaycan və ya rus dillərindən birində yazılmalıdır.

Mətn Times New Roman şriftilə (hərflərin ölçüsü-14, interval-1,5) yığılır.

Məqalənin həcmi 5 səhifədən az olmamalıdır.

Mətnin əvvəlində sağdan doktorantın (tədqiqatçının) soyadı, adı və atasının adı (tam yazılmalı), 1 interval aşağıda ali təhsil müəssisəsinin və ya elmi tədqiqat təşkilatının adı (tam yazılmalı), 1,5 interval aşağıda mərkəzdə qalın hərflərlə məqalənin adı, 1,5 interval aşağıda solda açar sözlər (hər üç dildə), sonra isə məqalə mətni çap edilir.

Məqalədə elmi mənbələrə istinadlar olmalıdır. İstinad olunan mənbələr ədəbiyyat siyahısında əlifba sırası ilə yazılmalı və nömrələnməlidir. Mənbənin ədəbiyyat siyahısındakı nömrəsi və səhifə nömrəsi mətndəki istinaddan sonra mötərizədə göstərilir: (8, s.92). İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir.

Məqalənin sonunda onun yazıldığı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məqalələrə rus və ingilis dillərində, rus dilində yazılmış məqalələrə isə Azərbaycan və ingilis dillərində) xülasə verilir.

Konfransın materialları əsasında məqalələr toplusu nəşr olunacaq.

Əlaqə vasitəsi: (012) 492-65-52

Elan haqqında :

  • Başlama tarixi::2021-04-26
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-08-01
  • Məkan::Adpu Quba filialı