DİM ingilis dili müəllimlərini onlayn tədbirə dəvət edir

  • 2021-06-03 - 00:00
  • ADPU Quba filialı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 25-də “Zoom” platforması üzərindən “Cambridge Assessment English” təşkilatı ilə birgə “Prove Your Teaching Knowledge with TKT” adlı məlumat sessiyası keçiriləcək.

TKT ingilis dili müəllimləri üçün beynəlxalq səviyyədə tanınan müəllimlik kvalifikasiyasıdır. Pedaqoji təcrübəsindən asılı olmayaraq bütün müəllimlər bu imtahanı verə, peşəkar bilik və bacarıqlarını beynəlxalq səviyyədə qiymətləndirə və təsdiqləyə bilər.

Onlayn sessiyanın spikeri “Cambridge Assessment English”in Ukrayna, Qafqaz və Mərkəzi Asiya regionları üzrə biznesin inkişafı departamentinin rəhbəri Darina Sizukdur. O, TKT imtahanı barədə ətraflı məlumat verib iştirakçıların suallarını cavablandıracaq.

Tədbir ingilis dilində keçiriləcək. Vebinarda iştirak etmək istəyən şəxslər qeydiyyatdan keçməlidirlər. Qeydiyyat linki iyunun 22-dək aktiv olacaq. Vebinara qoşulmaq üçün “Zoom” linki qeydiyyatdan keçmiş iştirakçılara elektron poçt vasitəsilə iyunun 23-də göndəriləcək.

TKT imtahanı da daxil olmaqla DİM-in keçirdiyi digər beynəlxalq imtahanlarla bağlı Mərkəzin saytında verilmiş keçid vasitəsilə ətraflı məlumat əldə etmək olar.

Elan haqqında :

  • Başlama tarixi::2021-06-03
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-06-23
  • End Time:05:00
  • Məkan::ADPU Quba filialı