“Dayanıqlı inkişafın yeni keyfiyyət mərhələsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək

  • 2021-05-21 - 00:00
  • ADPU Quba filialı

AMEA Rəyasət Heyətinin qərarına əsasən, bu ilin noyabr ayında akademiyanın İqtisadiyyat İnstitutunun və Azərbaycan İqtisadçılar İttifaqının təşkilatçılığı ilə akademik Ziyad Səmədzadənin 80 illik yubileyinə həsr olunan “Dayanıqlı inkişafın yeni keyfiyyət mərhələsi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Konfransa təqdim olunacaq məqalə və tezislərin kitab şəklində dərci nəzərdə tutulur. Elmi sessiya aşağıdakı bölmələr üzrə baş tutacaq:

– Dayanıqlı inkişafın nəzəri-metodoloji məsələləri;

– Azərbaycanın iqtisadi inkişaf modeli;

– Azərbaycanda iqtisadi artım və ictimai rifah;

– Post-neft iqtisadiyyatının inkişaf istiqamətləri;

– Qarabağın iqtisadi dirçəlişi;

– Azərbaycanda iqtisadiyyatın dövlət tənzimlənməsi (fiskal və monetar tənzimləmə, investisiya və innovasiya siyasəti, aqrar siyasət və ərzaq təhlükəsizliyi, demoqrafik siyasət);

– İqtisadiyyatın sektorial və ərazi strukturunun təkmilləşdirilməsi.

Məqalə və ya tezislər 15 iyul 2021-ci ilədək Azərbaycan, rus, türk və ingilis dillərinin birində İqtisadiyyat İnstitutunun əməkdaşı Tanrıverdi Paşaya (elm@amea-iqtisadiyyat.org, tpasha_50@mail.ru) göndərilməlidir.

Məqalə və ya tezislərin tərtib olunması qaydaları:

– Məqalənin, tezislərin başlığı, müəllifin adı və soyadı, elmi dərəcəsi, vəzifəsi, iş yeri, əlaqə telefon nömrəsi və elektron ünvanı ayrıca təqdim edilməlidir;

– Mətn 12 ölçüdə Times New Roman şrifti ilə, 1,5 intervalla, abzas 1,25 yazılmalı, kənarlardan (soldan 25 mm, sağdan 10 mm, yuxarıdan və aşağıdan 20 mm) boşluq buraxılmalıdır;

– Müəllifin soyadı və inisialları qalın şriftlə, məruzənin adı böyük, qalın şriftlə, təşkilatın adı adi şriftlə yazılmalıdır;

– Məqalə formasındakı məruzələrin həcmi 6-10 səhifə olmalıdır. Məqalələrə “Xülasə”, “Nəticə”, “Ədəbiyyat siyahısı” əlavə olunmalıdır. Mətndə istinadlar [3] və ya [3; 6; 8] kimi yazılmalıdır;

– Tezislər 3 səhifədən artıq olmamalıdır.

Təşkilat komitəsi konfransın mövzusuna uyğun gəlməyən, qoyulan tələblərə cavab verməyən və aktual hesab edilməyən məruzələri qəbul etməyə bilər.

Tel.: (+994 12) 510 37 92 (əlavə 135), (+994 50) 352 32 60

Elan haqqında :

  • Başlama tarixi::2021-05-21
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-07-20
  • Məkan::ADPU Quba filialı