“Cənubi Qafqazda ərazi-sərhəd dəyişiklikləri” konfransına tezis qəbul olunur

  • 2021-05-03 - 00:00
  • ADPU Quba filialı

18 Noyabr, 2021-ci il tarixində AMEA-nın Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Cənubi Qafqazda ərazi-sərhəd dəyişiklikləri” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Konfransda aşağıdakı bölmələr üzrə müzakirələr aparılacaq:

– XIX əsrdə ermənilərin Cənubi Qafqaza köçürülməsi və ərazi dəyişiklikləri;

– 1918-1920-ci illərdə Cənubi Qafqazda ərazi-sərhəd məsələləri və Ermənistanın yaradılması;

– Sovet dövründə ərazi-sərhəd məsələləri;

– 1991-ci ildən sonra Cənubi Qafqazda ərazi işğalları və nəticələri.

Tədbirə təqdim olunacaq tezislər aşağıdakı tələblərə cavab verməlidir:

– Microsoft Word, A4 ölçüdə, 1 səhifə (300 söz), Times New Romanda, 12 şrift, 1 intervalla, soldan 20 və sağdan 20 mm, yuxarı və aşağıdan 25 mm, abzaslar 1,15 sm parametrlərinə uyğun;

– Titul səhifədə sağda yuxarıda 12 şriftlə, qara hərflərlə müəllifin adı, soyadı, elmi dərəcəsi, vəzifəsi, işlədiyi elmi müəssisənin adı, elektron poçt ünvanı və əlaqə nömrəsi;

– Müəllifin ad və soyadından sonra səhifənin ortasında məruzənin adı 12 şriftlə, böyük qara hərflərlə yazılmalıdır.

Tezislərin son təqdim edilmə tarixi 20 oktyabr 2021-ci ildir.

Ünvan:  Bakı ş., H.Cavid pr. 117 (IV mərtəbə, 448-ci otaq)

Tel.: (+994 12) 539 89 91

E-mail: qafqazkonfrans2@gmail.com

Elan haqqında :

  • Başlama tarixi::2021-05-03
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-10-24
  • Məkan::ADPU Quba filialı