Qarabağla bağlı növbəti elmi konfransa tezislər qəbul olunur

  • 2021-04-19 - 00:00
  • ADPU Quba

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə 20-21 May, 2021-ci il tarixlərində “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bu günü və gələcəyi” mövzusunda onlayn konfrans keçiriləcək.

Konfransda aşağıdakı istiqamətlər ətrafında müzakirələr aparılacaq:

– Qarabağın flora və fauna müxtəlifliyi: işğaldan əvvəlki və mövcud vəziyyəti;

– Qarabağın dərman bitkiləri;

– İşğaldan azad edilmiş ərazilərin meşə və otlaq ekosistemləri;

– Qarabağın qırmızı siyahıları, introduksiya və reintroduksiya məsələləri;

– Qarabağ zonasının qorunan əraziləri, mövcud vəziyyət və perspektivlər;

– Qarabağın mikrobioloji müxtəlifliyi;

– Qarabağın ekosistemləri antropogen amillərin və iqlim dəyişikliklərinin təsiri altında;

– Qarabağın biomüxtəlifliyinin bərpa, mühafizə və səmərəli istifadə məsələləri;

– Qarabağın biomüxtəlifliyinin bərpa və istifadəsinə biotexnoloji yanaşmalar;

– Qarabağın torpaq ehtiyatları, bərpa və yaxşılaşdırma problemləri;

– Qarabağın su ehtiyatları, tədqiqi, bərpası və səmərəli istifadəsi;

– İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpa və inkişafı;

– Qarabağ zonasının genetik ehtiyatları və ərzaq təhlükəsizliyi;

– İşğaldan azad edilmiş ərazilərdə aqvamüxtəliflik və aqvakulturanın inkişafı;

– Qarabağ əhalisinin herantoloji tədqiqi;

– İşğaldan azad edilmiş ərazilərdə biotəhlükəsizlik məsələləri;

– Ekoturizm və biomüxtəliflik;

– Yaşıl iqtisadiyyat.

Konfransda çıxış etmək istəyənlər tezislərini may ayının 5-nə kimi garabagh.conf.biodiv@gmail.com elektron ünvanına göndərməlidirlər.

Məktubun mövzu yerində “QARABAĞ – konfrans” sözlərinin yazılması tələb olunur. Tezislər Word A4 formatında, Arial 12 pt şrifti ilə (sahələr: hər tərəfdən 2 sm qoymaqla), sətirlərarası 1 qoymaqla, 1 səhifə həcmində olmalıdır.

Ortadan böyük hərflərlə BOLD (qara) şriftlə məqalənin adı, növbəti sətirdə ortadan adi şriftlə məqalənin müəlliflərinin adları və soyadları, növbəti sətirdən hər müəllifin iş yeri, korrespondent müəllifin e-mail ünvanı verilir. Bir sətir buraxıldıqdan sonra abzasdan adi şriftlə əsas mətn başlanır.

Elan haqqında :

  • Başlama tarixi::2021-04-19
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-05-11
  • Məkan::ADPU Quba
  • Website:http://example.com/

FIND THIS EVENT ON :