Birləşmiş Krallığın Aberdin Universitetində 2021-2022-ci tədris ili üzrə təqaüdlü təhsil imkanı

  • 2021-05-20 - 00:00
  • ADPU Quba filialı

Məşhur enerji şirkəti olan “Total” Birləşmiş Krallığın Aberdin Universitetində 2021-2022-ci tədris ili üzrə enerji keçidi və bərpa olunan enerji ixtisaslarında təqaüdlü təhsil proqramı təklif edir. Təqaüd proqramı ali təhsilin magistratura səviyyəsini əhatə edir. Təqaüd proqramına müraciət üçün son tarix 14 iyun 2021-ci il nəzərdə tutulub. Maliyyələşməyə təhsil haqqından azad olunma, yaşayış xərcləri, hər tələbə üçün bir illik 23,200 funt-sterlinq təqaüd daxildir.

Təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

Təqaüd proqramına müraciət, seçim meyarları, tələb olunan sənədlər barədə ətraflı məlumatı keçiddən əldə etməyiniz mümkündür.

Elan haqqında :

  • Başlama tarixi::2021-05-20
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-06-15
  • Məkan::ADPU Quba filialı