Bir neçə ölkədə təlimlərdə olmuş azərbaycanlı pedaqoqun spikerliyi ilə vebinar keçiriləcək

  • 2021-04-20 - 00:00
  • ADPU Quba filialı

1 iyul 1931-ci il tarixində bünövrəsi qoyulmuş Azərbaycan Respublikasının Təhsil İnstitutu 90 illik yubileyi ilə əlaqədar olaraq 2021-ci ilin aprel ayından etibarən “Təhsil İnstitutu – 90” adlı vebinarlar silsiləsinə start verir.

Vebinarlar silsiləsinin “Təhsil İnstitutu və Azərbaycan pedaqoji fikrinin inkişafı” mövzusunda ilk tədbiri 29 aprel 2021-ci il tarixində, saat 19:00-da  baş tutacaq.

Vebinarda spiker qismində Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Ənvər Abbasov çıxış edəcək.

Ə.Abbasov beynəlxalq təhsil təcrübəsini öyrənmək məqsədilə Türkiyədə, ABŞ-da, Niderlanddakı Şagirdlərin monitorinqi və qiymətləndirilməsi üzrə Beynəlxalq Qiymətləndimə İnstitutunda (Cito), Müəllimlərin ixtisasartırma və yenidən hazırlanması üzrə Avstraliyanın Sidney şəhərində, Kurikulum siyasəti və kurikulumların inkişafı üzrə Kanadanın Kvebek, Monreal, Toronto şəhərlərində təlimlərdə olub. O, Azərbaycanın müstəqilliyi dövründə həyata keçirilən təhsil islahatlarında, o cümlədən standart və kurikulumların hazırlanmasında iştirak edib.

Azərbaycan dilinin tədrisi metodikası, eləcə də təhsilin məzmunu (didaktika) üzrə tədqiqatlar aparan spiker 200-dən çox elmi-metodik və pedaqoji əsərin, həmçinin 40-a yaxın proqram, dərslik, kitab və kitabçanın müəllifidir.

Tədbirdə ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyəti, tədqiqatçılar, doktorant və dissertantlar, magistrlər, məktəb rəhbərləri və digər pedaqoji sahələrdə çalışanlar iştirak edə bilərlər. Vebinarda iştirak etmək üçün 27 aprel tarixinə qədər link vasitəsilə qeydiyyatdan keçməyiniz xahiş olunur.

Elan haqqında :

  • Başlama tarixi::2021-04-20
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-05-11
  • Məkan::ADPU Quba filialı