Beynəlxalq Kültür və Mədəniyyət Konqrensinə tezislər qəbul olunur

  • 2021-06-03 - 00:00
  • ADPU Quba filialı

Türkiyənin bir sıra ali təhsil müəssisələrinin təşkilatçılığı ilə 11-12 avqust, 2021-ci il tarixində Ərzurum əyalətində Beynəlxalq Kültür və Mədəniyyət Konqrensi keçiriləcək.

Azərbaycandan olan namizədlər üçün konfransda iştirak ödənişi 75 AZN nəzərdə tutulub. Konfransda dil, ədəbiyyat, iqtisadiyyat, biznes, sosiologiya, tarix, coğrafiya, arxeologiya, antropologiya, psixologiya, sənət, ilahiyyat, fəlsəfə, maliyyə, dövlət idarəetməsi, hüquq, təhsil elmləri, siyasət, beynəlxalq əlaqələr üzrə bütün mövzularda yazılar qəbul olunur. Ümumilikdə konfrans sosial elmlərin bütün mövzularına açıqdır.

Tezislərin göndərilməsi üçün son tarix 25 iyul, qeydiyyat və ödəniş üçün son tarix 23-27 iyul, tam mətn göndərilməsi üçün son tarix isə 20 avqust nəzərdə tutulub. Konfrans Zoom platforması üzərindən onlayn keçiriləcək.

Beynəlxalq Kültür və Mədəniyyət Konqrensi haqqında daha ətraflı məlumat üçün linkə daxil ola bilərsiniz.

 

Elan haqqında :

  • Başlama tarixi::2021-06-03
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-07-30
  • Məkan::ADPU Quba filialı