Beynəlxalq Disiplinlərarası Türkoloji Araşdırmalar Konqresi keçiriləcək

  • 2021-04-19 - 00:00
  • ADPU Quba

16 -19 Avqust, 2021-ci il tarixlərində Monqolustanın paytaxtı Ulan Bator şəhərində  Beynəlxalq Disiplinlərarası Türkoloji Araşdırmalar Konqresi keçiriləcək. USBİLİM (Beynəlxalq Sosial Elmlər Dərgisi) tərəfindən həyata keçirilən konfransa tezislərin göndərilməsi üçün son tarix 1 Avqust, son qeydiyyat tarixi 2 Avqust, kitabının dərc olunacağı tarix isə 30 Avqust, 2021-ci il nəzərdə tutulub.

Konfransda onlayn və ənənəvi qaydada iştirak etmək mümkündür və ana mövzu ilə əlaqəli bütün elm sahələri üzrə tədqiqatlar qəbul olunur.

Konfransda məruzəçi kimi iştirak üçün ödənişin məbləği 400 Türk Lirəsi nəzərdə tutulub.

Tədqiqat işlərinə qoyulan tələblər, qeydiyyat qaydası və konfrans barədə digər məlumatlar üçün linkə daxil ola bilərsiniz.

Elan haqqında :

  • Başlama tarixi::2021-04-19
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-11-28
  • Məkan::ADPU Quba