“Azərbaycanda İslam maliyyəsi ixtisasının tədrisi problemləri” mövzusunda video konfrans keçiriləcək

  • 2021-06-30 - 00:00
  • ADPU Quba filialı

UNEC-də UNEC İslam Maliyyə Mərkəzinin rəhbəri professor Zahid Məmmədovun moderatorluğu ilə “Azərbaycanda İslam maliyyəsi ixtisasının tədrisi problemləri” mövzusunda video konfrans keçiriləcək.

Konfransın açılış mərasimində  Millət vəkili Ceyhun Məmmədov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru i.f.d. Aqil Şirinov iştirak edəcəklər. Konfransda İstanbul Sabahattin Zaim Universitetinin dekanı  Prof. Dr. İbrahim Güran Yumuşak, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri i.f.d. Ruslan Atakişiyev,  Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri f.f.d. Əhməd Niyazov, AR Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Vüsalə Qurbanova, UNEC İslam Maliyyə Mərkəzinin tədqiqatçısı Əfqan Musayev məruzələrlə çıxış edəcəklər.

Konfrans  UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsi,  UNEC İslam Maliyyə Mərkəzi, İqtisadi Resursların Öyrənilməsi Mərkəzi (SER), Meybullayev İslam İqtisadiyyatı Mərkəzi, Azərbaycan İlahiyyat İnstitutu və İstanbul Sabahattin Zaim Universitetinin (İZÜ) birgə təşkilatçılığı ilə baş tutacaq.

1  iyul 2021-ci il tarixində saat 11.00-da keçiriləcək video konfransa ZOOM platforması üzərindən  keçid vasitəsilə qoşula bilərsiniz.

Konfrans UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaq.

Elan haqqında :

  • Başlama tarixi::2021-06-30
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-07-01
  • End Time:00:00
  • Məkan::ADPU Quba filialı