Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə “Kobotlar: Elektronika, robotlar və yeni trendlər” adlı vebnar təşkil olunur.

  • 2021-10-22 - 00:00
  • ADPU Quba filialı

“İş dünyası və ali təhsildə trendlər” vebinarlar silsiləsinin “KobotlarElektronikarobotlar və yeni trendlər” adlı növbəti tədbiri Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə 27 oktyabr 2021-ci il saat 19:00-da baş tutacaqdır.

Tədbirin spikeri Konica Minolta Avropa Biznes İnnovasiya Mərkəzində robototexnika üzrə proqram meneceri vəzifəsində çalışan Bahadur İbrahimov olacaqdır. Bahadur İbrahimov bakalvr təhsilini Türkiyədə Yıldız Texniki Universitetində Elektronika və Telekommunikasiya mühəndisliyi üzrə almışdırMagistratura təhsilini 2014-cü ildə Vyana Texnologiya Universitetində Mühəndislik menecmenti üzrə bitirmişdirDaha sonra Vyana Texnologiya Universitetində Robototexnika və innovasiya menecmenti üzrə doktorantura təhsilini tamamlamışdır. O, Azərbaycan Robototexnika və Avtomatlaşdırma Cəmiyyətinin (ARAS) təsisçisidir. 7 elmi nəşrin həmmüəllifidirOnun 1 patenti mövcuddur.

Vebinar təhsil idarəçiləriişçilərsənaye sahəsinin nümayəndələri və tələbələr üçün nəzərdə tutulmuşdurAzərbaycan dilində keçiriləcək tədbirdə iştirak üçün məhdud sayda yer mövcuddurƏgər qeydiyyatdan keçməmisinizəiştirak etmək üçün 25 oktyabr 2021-ci il tarixinədək göstərilən keçiddən qeydiyyatdan keçmək lazımdırhttps://forms.office.com/r/d3jaVbrzBd  

Elan haqqında :

  • Başlama tarixi::2021-10-22
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-10-28
  • End Time:00:00
  • Məkan::ADPU Quba filialı