“Azərbaycan Respublikasının suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün konstitusiya əsasları” adlı respublika elmi-praktiki konfransı keçiriləcək

  • 2021-06-23 - 00:00
  • ADPU Quba filialı

5 noyabr, 2021-ci il tarixində AR Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında “Zəfər Günü”, “Dövlət Bayrağı Günü”, “Konstitusiya Günü” və “Milli Dirçəliş Günü”nə həsr olunmuş “Azərbaycan Respublikasının suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün konstitusiya əsasları” adlı respublika elmi-praktiki konfransı keçiriləcək.

Azərbaycan, rus və ingilis dillərində keçiriləcək konfransın işi hüquq elmləri, ictimai-siyasi elmlər, informasiya fəaliyyəti və təhlükəsizliyi bölmələri üzrə aparılacaq.

Elmi konfransda iştirak etmək üçün məqalələri 20 sentyabr 2021-ci il tarixinə qədər müvafiq tələblərə uyğun olaraq, akademiya_konfrans@mail.ru e-poçt ünvanına göndərmək tələb olunur.

Elan haqqında :

  • Başlama tarixi::2021-06-23
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-11-05
  • End Time:00:00
  • Məkan::ADPU Quba filialı