Azərbaycan aşıq sənətinin Ələsgər zirvəsi: Beynəlxalq Elmi Konfrans

  • 2021-05-04 - 00:00
  • ADPU Quba filialı

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Aşıqlar Birliyi və AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə 25-27 oktyabr, 2021-ci il tarixində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi Konfrans keçiriləcək.

Konfransa məruzələrin tam mətninin son göndərilmə tarixi 20 iyul 2021-ci il nəzərə tutulub.

Konfrans aşağıdakı mövzuları əhatə edir:

– Aşıq Ələsgərin həyatı və mühiti;

– Aşıq Ələsgər və müasirləri;

– Azərbaycan aşıq sənətinin inkişaf və zənginləşməsində Aşıq Ələsgərin rolu;

– Aşıq Ələsgər şeirinin poetik və fəlsəfi qaynaqları;

– Aşıq Ələsgərin sənətkarlıq xüsusiyyətləri;

– Aşıq Ələsgərin poetik ənənəsi;

– Aşıq Ələsgər və yazılı ədəbiyyat;

– Ələsgər irsinin toplanılması, nəşri və tədqiqi problemləri

Təşkilat komitəsi məruzələrin seçilməsi, mətndə düzəlişlər etməsi və uyğun bilmədiyi məruzələrin geri qaytarılması hüququna malikdir.

Qeyd edək ki, konfransın materialları ayrıca kitabda çap olunacaq.  Konfransda iştirak üçün ödəniş tələb olunmur.

Daha ətraflı məlumatla link vasitəsilə tanış ola bilərsiniz.

Elan haqqında :

  • Başlama tarixi::2021-05-04
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-05-11
  • Məkan::ADPU Quba filialı