Akademik Z. Səmədzadənin 80 illik yubileyinə həsr olunan beynəlxalq elmi-praktik konfransı keçiriləcək

  • 2021-06-07 - 00:00
  • ADPU Quba filialı

AMEA Rəyasət Heyətinin qərarına əsasən, bu ilin noyabr ayında AMEA İqtisadiyyat İnstitutu və Azərbaycan İqtisadçılar İttifaqının təşkilatçılığı ilə akademik Ziyad Səmədzadənin 80 illik yubileyinə həsr olunan “Dayanıqlı inkişafin yeni keyfiyyət mərhələsi” Beynəlxalq elmi-praktik konfransı keçiriləcək. Konfransa təqdim olunan məqalə və tezislər kitab şəklində dərc ediləcək.

Konfransın bölmələri aşağıdakılardır:

Dayanıqlı inkişafın nəzəri-metodoloji məsələləri;

Azərbaycanın iqtisadi inkişaf modeli;

Azərbaycanda iqtisadi artım və ictimai rifah;

Post-neft iqtisadiyyatının inkişaf istiqamətləri;

Qarabağın iqtisadi dirçəlişi;

Azərbaycanda iqtisadiyyatın dövlət tənzimlənməsi (fiskal və monetar tənzimləmə, investisiya və innovasiya siyasəti, aqrar siyasət və ərzaq təhlükəsizliyi, demoqrafik siyasət);

İqtisadiyyatın sektorial və ərazi strukturunun təkmilləşdirilməsi.

Beynəlxalq konfransın materialları əsasında hazırlanacaq kitaba daxil edilmək üçün məqalə və tezislər 15 iyul 2021-ci ilədək Azərbaycan, rus, türk və ingilis dillərinin birində AMEA İqtisadiyyat İnstitutunun əməkdaşı Tanrıverdi Paşaya (elm@amea-iqtisadiyyat.org; tpasha_50@mail.ru) göndərilməlidir.

Qəbul olunmuş məruzələr haqqında müəlliflərə qabaqcadan məlumat veriləcək.

Məqalə və ya tezislərin tərtib olunması qaydaları:

Məqalənin, tezislərin başlığı, müəllifin adı və soyadı, elmi dərəcəsi, vəzifəsi, iş yeri, əlaqə telefon nömrəsi və elektron ünvanı ayrıca təqdim edilməlidir.

Mətn 12 ölçüdə Times New Roman şrifti ilə, 1,5 intervalla, abzas 1,25 yazılmalı, kənarlardan (soldan 25 mm, sağdan 10 mm, yuxarıdan və aşağıdan 20 mm) boşluq buraxılmalıdır.

Müəllifin soyadı və inisialları qalın şriftlə, məruzənin adı böyük, qalın şriftlə; təşkilatın adı adi şriftlə yazılmalıdır.

Məqalə formasındakı məruzələrin həcmi 6-10 səhifə olmalıdır. Məqalələrə “Xülasə”, “Nəticə”, “Ədəbiyyat siyahısı” əlavə olunmalıdır. Mətndə istinadlar [3] və ya [3; 6; 8] kimi yazılmalıdır.

Tezislər 3 səhifədən artıq olmamalıdır.

Təşkilat komitəsi Konfransın mövzusuna uyğun gəlməyən, qoyulan tələblərə cavab verməyən və aktual hesab edilməyən məruzələri qəbul etməyə bilər.

Əlavə məlumatlar üçün əlaqə telefonları:

(+99412) 510-37-92 (əlavə 135); mob: (+99450) 352-32-60

Elan haqqında :

  • Başlama tarixi::2021-06-07
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-07-31
  • End Time:00:00
  • Məkan::ADPU Quba filialı