ADPU Quba filialının 30 illiyi ilə əlaqədar olaraq “Nəyi dəyişmək istərdin” müsabiqəsinə ərizə qəbul elan edilir.

  • 2021-05-16 - 00:00
  • ADPU Quba filialı

ADPU Quba filialının 30 illiyi ilə əlaqədar olaraq “Nəyi dəyişmək istərdin” müsabiqəsinə ərizə qəbulu başlanıb. Müsabiqə filial tələbələrinə ideyalarını layihə formatında icra etmək üçün imkan yaradacaq. Filialın aidiyyatı sturukturları isə hər zaman olduğu kimi layihə icrasında tələbələrə maksimum dəstək olacaqlar. Müsabiqədə filialın istənilən ixtisas və kurs tələbələri çox sadə yolla – aşağıda qeyd edilmiş onlayn ərizə formasını doldurmaqla iştirak edə bilərlər. İştirak zamanı layihənin ideyası, ideyanın məğzinin düzgün çatdırılması, faydalılıq dərəcəsi və mahiyyəti əsas götürülür.

Layihənin icrasında məqsəd bir addım sizə daha yaxın olmaqla təhsilalanlara öz istəklərinə uyğun, keyfiyyətli təhsil vermək və yüksək xidmətlər göstərməkdir.Bununla biz sizə imkan verəcəyik ki, cəmiyyətin ilkin pilləsinə qədəm qoyduğunuz andan öz bilik və bacarıqlarınızı nümayiş etdirərək hədəfləriniz müəyyənləşdirəsiniz.

Layihənin məzmunu Univeristetin fəaliyyəti ilə bağlı olmaqla yanaşı, gələcəyə hədəflənməlidir. Unversitetin ümumi maraqlarına xidmət etməklə milli mənəvi dəyərlər gözlənilməli, region və respublika miqyaslı  əhəmiyyət kəsb etməlidir.

Layihə qaliblərinə mükafat və iştirakçılara sertifikatlar veriləcək.

Qeyd: ərizələri elektron qaydad serxan.agasi@quba.adpu.edu.az ünvanına göndərməyinizi xahiş edirik.

Ərizələrin son qəbul tarixi: 31.07.2021

Ətraflı məlumat üçün təşkilat komitəsinə müraciət edə bilərsiniz:

Tel: (233) 3355237, Mob: 050 2956995, 077 3407734, 050 4971262

MS Teams üzərindən qeydiyyat: https://forms.office.com/Pages/ResponsePage.aspx?id=smmNgTnQykyUs7QeOBy-5qGJE0d_unJLjrHd-vQvE95UMFJDN0JTTVBOWUdYMUU0WE9EV1pERFVFMy4u

Biz sizə keyfiyyətli xidmət göstərməklə məmnunluq əldə edəcəyik, siz isə uğurlu gələcəyimizin təminatçısı olacaqsınız.

NƏYİ DƏYİŞMƏK İSTƏRDİN. pdf

NƏYİ DƏYİŞMƏK İSTƏRDİN. doc

 

Elan haqqında :

  • Başlama tarixi::2021-05-16
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-07-31
  • Məkan::ADPU Quba filialı