ADPU Quba filialında “Şuşa, biz qayıtdıq!” adlı elmi konfrans keçiriləcək

  • 2021-05-09 - 00:00
  • ADPU Quba filialı

ADPU Quba filialının Doktorantlar və Gənc Tədqiqatçılar Şurasının (DGTŞ) təşkilatçılığı ilə Azərbayca Demokratik Respublikasının yardılmasının 103 illiyi, 28 May Respublika gününə həsr olunmuş “Şuşa, biz qayıtdıq!” adlı elmi konfrans keçiriləcək.

27 May, saay 14:00-da baş tutacaq konfransa tezislərin göndərilməsi üçün son tarix 25 May, 2021-ci il nəzərdə tutulub. İşçi dilləri Azərbaycan, İngilis və Rus dilləri olan konfrans pandemiya şəraitindən asılı olaraq ənənəvi və ya distant şəkildə təşkil ediləcək.

Konfransın əsas elmi istiqamətləri aşağıdakılardır:

-Azərbaycan Cümhuriyyət illərində (1918-1920)

-Azərbaycan Respublikası müstəqillik illərində (1991-2020)

-Qarabağ dünən, bu gün və sabah.

Məqalə və tezisləri dyrc.aspuguba@gmail.com ünvanına göndərə bilərsiniz. Məqalə tərtibinə verilən tələblərlə isə link vasitəsilə tanış olmaq mümkündür.

Qeyd edək ki, Məruzə ilə çıxış edən bütün iştirakçılara sertifikatlar veriləcək.

Ətraflı məlumat üçün təşkilat komitəsinə müraciət edə bilərsiniz:
Tel: +994 55 799 43 99 (WhatsApp); +994 50 399 08 40 (WhatsApp).

 Elan metni pdf

 

Elan haqqında :

  • Başlama tarixi::2021-05-09
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2022-05-09
  • End Time:00:00
  • Məkan::ADPU Quba filialı