ADPU QUBA Filialında “REGİONLARDA ALİ TƏHSİL : REALLIQLAR VƏ PERSPEKTİVLƏR” adlı I Beynəlxalq Elmi Konfrans keçiriləcək

  • 2021-10-17 - 00:00
  • ADPU Quba filialı

Hörmətli həmkarlar,
Sizləri, Azərbaycan Respublikası Təhsil nazirinin 09 mart 2021-ci il tarixli 03-11-271/15 nömrəli əmrinə əsasən 25-26 noyabr 2021-ci il tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında təşkil ediləcək “REGİONLARDA ALİ TƏHSİL: REALLIQLAR VƏ PERSPEKTİVLƏR” adlı Beynəlxalq Elmi Konfransda iştirak etməyə dəvət edirik.
Konfrans Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Dövlət Pedaqoji Universitetin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının, Qazi Universitetinin (Türkiyə), Girne Amerikan Universitetinin (Şimali Kipr Türk Respublikası), “Konstantin Stere” adına Avropa Siyasi və İqtisadi Araşdırmalar Universitetinin (Moldova) birgə təşkilatçılığı və Azərbaycan Milli Elmlər Akademiyası Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun, Mingəçevr Dövlət Universitetinin, Qars Kafkas Universitetinin, Qırğızıstan Təhsil Akademiyasının əməkdaşlığı ilə təşkil olunmuşdur.

MATERİALA OLAN TƏLƏBLƏR
Mətnin formatı: Microsoft Word (*.doc, *.docx)
Səhifənin formatı: А4 (210×297 мм);
Oriyentasiya: kitab;
Sahələr (yuxarı, aşağı, sol, sağ): 2 см;
Çap: Times New Roman, ölçü (şrift) – 12;
Sətirarası interval: 1;
Paraqraf: 1.25
Məqalənin həcmi: 5-8 səh.
Mətnin orijinallığı: ən azı 70 %
MƏQALƏNİN TƏRTİBATI
Məqalənin içərisində mətnin yeri və quruluşu
İngilis dilində:
✓ Məqalənin adı (böyük hərflərlə, qalın şriftlə, ortada, şrift 12);
✓ Müəllifin adı və soyadı (kiçik hərflər, qalın şriftlə, sağ tərəfdə, şrift 10);
✓ Elmi dərəcə, elmi ad, vəzifə (kiçik hərflər, sağ tərəfdə, şrift 10);
✓ İş (təhsil) yeri (kiçik hərflər, sağ tərəfdə, şrift 10);
✓ Xülasə (150 – 200 söz, şrift 11);
✓ Açar sözlər (5-7 söz, şrift 11);
Bir sətir aralı:
Azərbaycan dilində:
✓ Məqalənin adı (böyük hərflərlə, qalın şriftlə,ortada, şrift 12);
✓ Müəllifin s.a.a (tam) (kiçik hərflər, qalın şriftlə, sağ tərəfdə, şrift 10);
✓ Elmi dərəcə, elmi ad, vəzifə (kiçik hərflər, sağ tərəfdə, şrift 10);
✓ İş (təhsil) yeri (kiçik hərflər, sağ tərəfdə, şrift 10);
✓ Xülasə (150 – 200 söz, şrift 11,);
✓ Açar sözlər (5-7 söz, şrift 11);
Bir sətir aralı:
✓ Məqalənin əsas mətni bir sətirdən sonra verilir (şrift 12, sətirlərarası interval – 1, paraqraf abzası– 1,25 sm);
✓ Ədəbiyyat siyahısı: məqalənin sonunda “İstifadə olunmuş ədəbiyyat” adı ilə verilir və əlifba sırası ilə tərtib edilir (şrift 11). Mətndə ədəbiyyata istinadlar aşağıdakı kimi göstərilir:(Cavid,2005: s.78).
Qeyd: Ödəniş yalnız məqalə çapa qəbul ediləndən sonra həyata keçirilir.
Məqalələrinizi – mövzu yerinə konfransın adını yazıb, müraciət ərizəsi ilə birlikdə aspuguba@gmail.com ünvanına göndərməyiniz xahiş olunur.

İnformation paper (Az)

REGİONLARDA ALİ TƏHSİL – konfrans.

 

 

 

Elan haqqında :

  • Başlama tarixi::2021-10-17
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-11-30
  • End Time:00:00
  • Məkan::ADPU Quba filialı