ADPU Quba filialında elmi seminar keçiriləçək

  • 28 Ekim 2022 - 00:00
  • ADPU Quba filialı
ADPU-nun Quba filialında Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun və Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun əməkdaşı f.f.d S.Səmədovun seminarı baş tutacaq
2 noyabr 2022-ci il tarixində ADPU-nun Quba filialının böyük zalında “Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə Azərbaycan elmi mərkəzləri arasındakı inkişafın gələcək perspektivləri” mövzusunda seminar keçiriləcək.
Seminarın məruzəçisi: Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun və Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Samir Səmədov.
Seminarda filialın rəhbərliyi, professor-müəllim heyəti, tələbə kollektivi iştirak edəcək.

EVENT INFO :

  • Start Date:28 Ekim 2022
  • Start Time:00:00
  • End Date:10 Kasım 2022
  • End Time:00:00
  • Location:ADPU Quba filialı