ADPU-nun QUBA FİLİALININ TƏLƏBƏ ELMİ CƏMİYYƏTİNİN (TEC)VIII ELMİ KONFRANSI KEÇİRİLƏCƏK

  • 2021-05-10 - 00:00
  • ADPU Quba filialı

İŞTİRAK ETMƏK İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ
Sizi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşkilatçılığı ilə keçirilən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik və ADPU-nun Quba filialının 30 illik yubileyinə  həsr edilən Tələbə Elmi Cəmiyyətinin Elmi Konfransında iştirak etməyə dəvət edirik.

Konfransda fərqlənən elmi məqalələr saytda yer alacaq, iştirakçılara isə filialın direktoru dosent Yusif Alıyev tərəfindən Sertifikatlar təqdim olunacaqdır.

Konfransın məqsədi:  Filialda təhsil alan gənclərin apardıqları elmi-tədqiqat işlərinin metodikalarının, nəticələrinin müzakirəsini təşkil etməklə iştirakçılar arasında fikir mübadiləsini həyata keçirmək və eyni zamanda mühüm elmi nəticələrin elmi sferada paylaşmaqdan ibarətdir.
Konfransın işçi dilləri: azərbaycan, rus, ingilis.
Konfransın formatı: əyani və ya onlayn – əlavə olaraq məlumat veriləcəkdir.
Konfrans materiallarının tərtibinə qoyulan tələblər:
Kağızın ölçüsü – A4
Boş sahə – hər tərəfdənm 2 sm
Şrift – Times New Roman
Şrift ölçüsü – 12 pt
Sətirarası interval – 1,15sm
Abzas – 1,25sm
Məqalənin adı – ortadan, böyük hərflərlə, qalın şriftlə
Müəllifin adı, soyadı, atasının adı, ixtisası, kursu – ortadan, qalın şriflə
İş yeri, şəhər, ölkə – ortadan, kursivlə
E-poçt ünvanı, telefonu – ortadan, kursivlə
Açar sözlər (5–7 söz)
Xülasə (60–80 söz) – azərbaycan, ingilis və rus dillərində – məqalənin yazıldığı dildən başqa iki dildə
Həcmi – 5 səhifəyə qədər
Ədəbiyyata istinadlar
Ədəbiyyat siyahısı – kvadrat mötərizədə – əlifba sırası ilə
Elmi tədqiqat işinə rəhbərlik etmiş müəllimin rəyi –

Konfransın bölmələri:
4. Təhsil və Humanitar  elmlər bölməsi
5. Təbiət elmləri bölməsi
6. Texniki elmlər bölməsi
Konfransın dili: Azərbaycan
Konfransın keçirilmə tarixi:                                  30 may 2021-ci il.
Məqalələrin göndərilməsi üçün son tarix:          18 may 2021-ci il.
Məruzə mətnlərinin tərtib olunma qaydaları:
Məruzə mətnləri konfransın bölmələrinə uyğun tərtib edilməklə, Azərbaycan dilində (çap və elektron variantda), Tələbə Elmi Tədiqat İşi (TETİ)-yə elmi rəhbərlik edən müəllimin rəyi ilə birlikdə qəbul olunur;
Məruzə mətnləri ən az 5 səhifə həcmində, kompyuterdə MS Word formatında, Times New Roman şriftlə (hərflərin ölçüsü – 12 pt., interval – 1, abzas – 1.25), sətirdən-sətirə keçirilmədən yığılmalı, boş sahələrin ölçüləri soldan – 30 mm, sağdan, yuxarı və aşağıdan – 20 mm olmaqla, A4 formatlı standart kağızda çap olunmalıdır;
Məruzənin adı qalın, böyük hərflərlə (12 pt., interval – 1,15) səhifənin mərkəzində, növbəti sətirlərdə bir interval buraxmaqla məruzəçinin adı, atasının adı və soyadı adi kiçik hərflərlə, təşkilatın adı, şəhər, müəllifin elektron poçt ünvanı, abzasdan, kursivli kiçik hərflərlə ingilis dilində xülasə, 5-6 açar sözlər yazılmalıdır (10 pt., interval – 1).
Məruzədəki istinadlar nömrə və səhifəsi ilə birlikdə mətndə kvadrat mötərizədə [4, s. 213] verilməlidir. İstifadə olunmuş ədə¬biyyatların siyahısı mətnin sonunda əlifba sırası ilə göstərilməlidir.
Əlaqələndirici və təşkilatçı – Aysel Şeydayeva, direktor müavini
E-mail: aysays.837@gmail.com
Web: www.adpuquba.edu.az

Elan haqqında :

  • Başlama tarixi::2021-05-10
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-05-30
  • Məkan::ADPU Quba filialı