ADPU-nun Quba filialında “Regionlarda ali təhsil : reallıqlar və perspektivlər” adlı II beynəlxalq elmi konfransı keçiriləcəkdir

  • 06 Aralık 2022 - 00:00
  • ADPU Quba filiaı

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən 14 dekabr 2022-ci il tarixində ADPU-nun Quba filialında “Regionlarda ali təhsil : reallıqlar və perspektivlər” adlı II beynəlxalq elmi konfransı keçiriləcəkdir.

Konfransın keçirilməsində əsas məqsəd region ali təhsil müəssisələrinin təkmilləşmə və inkişaf amillərini təhlil etmək üçün alimləri, tədqiqatçıları, dövlət və özəl sektor işçilərini bir araya gətirmək, həmçinin yeni araşdırmaları, düşüncələri bölüşmək və problemlərin həlli yollarını müəyyənləşdirməkdən ibarətdir. Bir gün davam edəcək konfransda mövcud inkişaf və dəyişikliyə uyğun fəaliyyəti gücləndirmək, eləcə də region ali məktəblərinin gələcəyinə töhfə vermək istiqamətində də geniş müzakirələr aparılacaq.

Konfransın bölmələri:

▪ Regionların sosial-iqtisadi inkişafında ali təhsilin rolu;

▪ Təhsildə sinergetik və innovativ yanaşma;

▪ Region ali məktəblərində elmi-tədqiqatların vəziyyəti;

Konfransın istiqamətləri:

▪ Təhsil siyasəti və liderlik;

▪ Təhsildə idarəetmə: İnsan resurslarının inkişafı;

▪ Region universitetlərinin tədqiqat və inkişaf problemlərinə müasir yanaşma: multikulturalizm, humanitar, sosial, pedaqoji-psixoloji, iqtisadi, mühəndislik, dəqiq və təbiət fənləri üzrə akademik tədqiqatların tədrisə tətbiqi metodologiyaları;

▪ Universitetlərarası yerli və xarici mübadilə proqramları;

▪ Təhsil marketinqi və idarəetmə.

Qeyd: Konfransda müsbət qiymətləndirilmiş məqalələr saytda (adpuquba.edu.az) yerləşdiriləcək. Konfransın yekunu kimi İSBN indeksli toplu nəşr olunacaq. Konfransın hibrid formada keçirilməsi planlaşdırılır.

Xülasələrin son qəbul tarixi: 12 dekabr 2022 Konfransın işci dilləri: Azərbaycan, Türk, Rus, İngilis.

Məqalələrin son qəbul tarixi: 20 dekabr 2022

Əlaqə vasitələri +994 51 799 43 99. aspuguba@gmail.com

Məqalənin tərtibat forması və əlavə məlumatlar  – Konf. Elan-az

EVENT INFO :

  • Start Date:06 Aralık 2022
  • Start Time:00:00
  • End Date:31 Aralık 2022
  • End Time:00:00
  • Location:ADPU Quba filiaı