ADPU-nun Quba filialı və Quba Gənclər və İdman İdarəsi arasındakı əməkdaşlıq gənclərin şəxsiyyət kimi inkişafına xidmət edir

  • 2021-06-23 - 00:00
  • ADPU Quba filialı

22 İyun 2021-ci il tarixdə Quba rayon Gənclər Mərkəzində il ərzində Dövlət Gənclər Siyasətinin həyata keçirilməsi məqsədi ilə görülən tədbirlərdə fərqlənən gənclərin təltif edilməsi münasibətilə tədbir keçirilib. Tədbiri açıq elan edən Quba rayonu Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev bildirib ki, rayonda gənclər sahəsi üzrə tədbirlərin keçirilməsində  yaxından əməkdaşlıq etdiyinə görə ADPU-in Quba filialının rəhbərliyinin, tələbə kollektivinin əməyi danılmazdır. Bu səbəbdən də filialın direktor müavini Aysel Şeydayevaya idarənin təsis etdiyi fəxri fərmanı Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev təqdim edib. Mustafa Nöhbalayev həm də bildirib ki, bu fəxri fərmanda  əslində bütün tələbə kollektivinin payı var. Bundan sonra filialın direktoru dos. Yusif Alıyevin rəhbərliyi ilə iki təşkilat arasında bir çox əməkdaşlıq layihələrinə imza atılacağından əmin olduğunu diqqətə çatdırıb. Daha sonra A.Şeydayeva çıxış edərək, gələcək tədbirlərdə də əmakdaşlıq edəcəklərini vurğulayaraq, göstərilən diqqətə görə təşəkkürünü bildirib.

Elan haqqında :

  • Başlama tarixi::2021-06-23
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-08-02
  • Məkan::ADPU Quba filialı