Abituriyentlərin ixtisas seçimininə dəstək məqsədilə seminarlar təşkil olunur

  • 22 Temmuz 2022 - 00:00
  • ADPU Quba filialı
Dövlət Məşğulluq Agentliyi , Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionumuzun şəhər və rayonlarında 25-29 iyul tarixlərində “İxtisas Bələdçisi” adlı maarifləndirmə seminarları keçiriləcək. İlk görüşümüz 25 iyulda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında olacaq.
Quba – 25 iyul
Qusar – 26 iyul
Xaçmaz – 27 iyul
Şabran – 28 iyul
Siyəzən – 29 iyul
Seminarlarda iştirakçılara karyera məsləhətçiləri tərəfindən, ixtisas seçiminin aparılması meyarları, düzgün kodlaşdırma qaydaları, prosesin psixoloji aspektləri, əsas ixtisaslar və onların gələcək perspektivləri haqqında məlumatlar veriləcək.
Layihənin əsas məqsədi iştirakçıları müasir əmək bazarının tələbləri barədə məlumatlandırmaq, abituriyentlərin düzgün ixtisas seçimi etmələrinə dəstək verməkdir. Maarifləndirmə seminarlarında ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri, abituriyentlər, onların valideynləri və müəllimlər iştirak edə bilərlər.

EVENT INFO :

  • Start Date:22 Temmuz 2022
  • Start Time:00:00
  • End Date:31 Temmuz 2022
  • End Time:00:00
  • Location:ADPU Quba filialı