7-ci Çukurova Beynəlxalq Elmi Araşdırmalar Konqresi – Beynəlxalq indeksli jurnalda çap imkanı

  • 2021-05-20 - 00:00
  • ADPU Quba filialı

7-8 Sentyabr, 2021-ci il tarixində Türkiyənin Adana əyalətində 7-ci Çukurova Beynəlxalq Elmi Araşdırmalar Konqresi keçiriləcək. Dünyanın bir sıra ali təhsil müəssisələrinin tədqiqatçıları iştirak edəcəyi konfransa üz-üzə və onlayn  qatılmaq mümkündür.

Konfrans sosial elmlərin bütün sahələrinə, riyaziyyat, mühəndislik, səhiyyə, kənd təsərrüfatı, incəsənət, idman və digər sahələrdəki bütün araşdırmalar açıqdır.

Konqresdə iştirak üçün ödənişin məbləği 450 Türkiyə Lirəsi nəzərdə tutulub. Konqresdə bir şəxs ən çoxu 3 tezislə çıxış edə bilər. Birdəfəlik iştirak ödənişi ilə iki tezis təqdim etmək mümkündür. Üçüncü tezis üçün əlavə 100 Türkiyə Lirəsi ödəniş tələb olunur. Ödəniş üçün hesab bilgiləri ilə link vasitəsilə tanış ola bilərsiniz.

Konfrans iştirakçılarının məqalələri beynəlxalq indeksli jurnalda yayımlanacaq. Tezislərin göndərilməsi üçün son tarix 30 Avqust, 2021-ci il nəzərdə tutulub.

Konqresin məqalə tərtibinə qoyduğu tələblər, iştirak qaydaları barədə daha ətraflı məlumat üçün linkə daxil olmağınız kifayətdir.

Elan haqqında :

  • Başlama tarixi::2021-05-20
  • Başlama vaxtı::00:00
  • Bitmə vaxtı::2021-06-15
  • Məkan::ADPU Quba filialı