2022/2023-cü tədris ilində ADPU-nun QUBA filialını seçəcək abituriyentlərin nəzərinə!

  • 15 Ağustos 2022 - 00:00
  • ADPU QUBA filialı

Bildiyiniz kimi bütün ixtisas qrupları üzrə ixtisas seçimi 16-28 avqust 2022-ci il tarixlərində həyata keçiriləcək. ADPU-nun Quba filialında təhsil almaq istəyən abituriyentlərin ixtisas seçiminə köməklik göstərmək məqsədilə filialda “Abituriyentə dəstək Mərkəzi” yaradılmışdır. Abituriyentlər “Elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, ixtisas seçimi zamanı diqqət edilməli olan məsələlər, ADPU-nun Quba filialında kadr hazırlığı həyata keçirilən bütün ixtisaslar haqqında ətraflı məlumat almaq üçün “Abituriyentə dəstək Mərkəzi”nə müraciət edə bilərlər.

Mərkəz 16 avqustdan etibarən ADPU-nun Quba filialının I tədris binasında, İKT otağında saat 10:00-dan 17:00-a qədər fəaliyyət göstərəcəkdir.

Əlaqə vasitələri:
Quba şəhəri, Lütfi Zadə 4, AZ4003
Tel: (023) 33 5 20 92
Rəsmi səhifələr:
facebook.com/Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı
İnstagram.com/Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı

https://www.youtube.com/watch?v=avldU9JlmOM

https://adpuquba.edu.az/

Əlaqə nömrəsi:
1. 050 497 12 62 Yusif Abayev, ADPU – nun Quba filialının Qəbul komissiyasının Məsul katibi
2.055 222 23 69 Şəhriyar Laçınov, Strateji məsələlər üzrə məsləhətçi

BİZİ SEÇİN Kİ, BİRLİKDƏ İNKİŞAF EDƏK.

EVENT INFO :

  • Start Date:15 Ağustos 2022
  • Start Time:00:00
  • End Date:01 Ekim 2022
  • End Time:00:00
  • Location:ADPU QUBA filialı