“Əməliyyatların mərkəzində istehsalat” adlı vebinar təşkil olunur

  • 03 Ekim 2022 - 00:00
  • ADPU Quba filialı

Ümid edirəm ki, işləriniz qaydasındadır.

Azərbaycan Respublikasının Təhsil İnstitutundan məlumat daxil olmuşdur. Məlumatı ünvanınıza təqdim edirəm.

13 oktyabr tarixində saat 19:00-da ARTİ-nin təşkilatçılığı ilə “İş dünyası və ali təhsildə trendlər” və Azərbaycan Texniki Universitetinin “Sabah Magistratura” proqramı çərçivəsində “Əməliyyatların mərkəzində istehsalat” adlı vebinar baş tutacaq. Vebinarda şirkətdəki əməliyyatlar və dəyər zəncirindən, şirkətlərə gəlir gətirməsi üçün əməliyyatların aparılma formasından, istehsalatın şirkətin dəyər zəncirindəki əsas rolundan danışılacaqdır.

Tədbirdə spiker qismində Helio Yanez Portoles çıxış edəcəkdir. O, bakalavr təhsilini İspaniyanın Ramon Llull Universitetində “Kimya mühəndisliyi” ixtisası üzrə almış, daha sonra eyni universitetdə “Ətraf mühit” üzrə magistratura təhsilini tamamlamışdır. Esade Biznes Məktəbində isə “Biznesin idarəedilməsi” üzrə magistratura təhsili almışdır. Onun kimyəvi məhsulların istesalı üzrə ixtisaslaşan beynəlxalq şirkətdə 10 ildən çox təcrübəsi vardır.

Vebinar təhsil işçiləri,iş dünyasının nümayəndələri və tələbələr üçün nəzərdə tutulub. İngilis dilində keçiriləcək tədbirdə iştirak üçün məhdud sayda yer mövcuddur.

Qeydiyyat üçün keçidi təqdim edirəm: https://forms.office.com/r/c2vmYZsTAt

11 oktyabr 2022-ci il

EVENT INFO :

  • Start Date:03 Ekim 2022
  • Start Time:00:00
  • End Date:25 Ekim 2022
  • End Time:00:00
  • Location:ADPU Quba filialı