Babaşova Sevinc Oqtay qızı

Babaşova Sevinc Oqtay qızı

ADPU-nun Quba filialının Pedaqoji təcrübə rəhbəri

Babaşova Sevinc Oqtay qızı 26.01.1972-ci ildə Quba rayonunda anadan olub. 1989-cu ildə Bakı Dövlət Universitetinin Biologiya ixtisasına qəbul olunub? 1994-cü ildə bioloq ixtisası üzrə bitirib, orta məktəbdə biologiya və kimya müəllimi ixtisası almışam. 1997-ci ildə ADMİU-nun Quba filialında arxiv müdiri vəzifəsində çalışmışam. 2000-ci ildən AMİ Quba filialının Tədris hissəsinin metodisti, 2004-cü ildə kadrlar üzrə mütəxəssis vəzifəsində çalışmışam. 2007-ci ildən yenidən Tədris şöbəsinin metodisti vəzifəsində çalışmışam. 2015-ci ildən ADPU-nun Quba filialının Tədris və tələbə nailiyyətlərinin qiymətləndirilməsi  kabinetində mütəxəssis vəzifəsində çalışmışam. Hal-hazırda filialın pedaqoji təcrübə rəhbəri vəzifəsində çalışıram. 1997-ci ildən bu günə qədər  həm də filialın “Təbiət fənləri və onun tədrisi metodikası”  kafedrasında ixtisasım üzrə müəllim işləyirəm.