Mahmudov İsmayıl Şamil oğlu

Mahmudov İsmayıl Şamil oğlu

ADPU-nun Quba filialında tədris və elmi işlər üzrə direktor müavini

Mahmudov İsmayıl Şamil oğlu 17 aprel 1952-ci ildə Bərdə rayonunun Ləmbəran kəndində anadan olub.

___1969-cu ildə Ləmbəran orta məktəbini bitirdikdən sonra 1970-ci ildə V.İ.Lenin adina APİ-nin Tarix fakultəsinə daxil olub oranı 1974-cü ildə bitirib.

___1974-cü ildə təyinatla Zərdab rayonunda işləməyə gedib. Zərdab rayonunda müəllim işləməklə yanaşı 1 saylı şəhər məktəbinin azad komsomol katibi vəzifəsinə seçilib.

___1974-75-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olub.

___1976-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində laborant, baş laborant, kabinə müdiri və baş müəllim vəzifələrində çalışıb. 1987-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb. 7 məqalə və 3 tezisi var.

___18 fevral 2015 ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında tədris və elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır. Elmi Şuranın sədr müavinidir.