600-dən yuxarı bal toplayan abituriyentlər yüksək və əlçatan təhsilin ünvanı olan Quba filialını seçirlər

11.08.2026
600-dən yuxarı bal toplayan abituriyentlər yüksək və əlçatan təhsilin ünvanı olan Quba filialını seçirlər

Azərbaycan Respublikasında təhsilin inkişafına göstərilən dövlət qayğısı və bu strateji sahədə əldə edilən tarixi nailiyyətlər bir daha sübut edir ki, intellektual potensialın yüksəldilməsi ölkə siyasətinin hər zaman diqqət mərkəzindədir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ideyalarına sadiqliklə fəaliyyət göstərən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilə, elmə və gənclərə göstərdiyi misilsiz diqqət və qayğı ölkəmizin hər bir bölgəsində parlaq bəhrəsini verməkdədir. Bu uzaqgörən siyasətin nəticəsidir ki, bu gün ümumtəhsil məktəblərini bitirən məzunlar buraxılış və qəbul imtahanlarında yüksək nəticələr əldə edir, gələcək peşə seçimlərində ölkəmizin nüfuzlu ali təhsil ocaqlarına, xüsusilə də regionların intellektual mərkəzinə çevrilən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialına böyük etimad göstərirlər. 2026/2027-ci tədris ilində ADPU-nun Quba filialı yüksək intellektual göstəricilərə malik abituriyentlərin axını ilə yenidən diqqət mərkəzindədir. Cari ildə filiala yüksək etimad göstərən, respublika üzrə ən yüksək nəticələrdən birini qazanaraq 613 bal toplayan Elşad Musayev, həmçinin 500-dən yuxarı yüksək nəticələr əldə edən Rəsul Dadaşov (548 bal), Fidan Bilalova (540 bal) və Sona Həsənbəyova (537 bal) ali məktəb seçimində məhz bu təhsil ocağına üstünlük vermişlər. Bu gənclərin hər biri Quba filialını yalnız bir təhsil müəssisəsi kimi deyil, həm də onların gələcək elmi, peşəkar və şəxsi formalaşmasında əsas təməl olacaq elm məbədi kimi qiymətləndirirlər. Onların bu seçimi regionda ali təhsilin keyfiyyətinə, yaradılan müasir akademik mühitə və professor-müəllim heyətinin peşəkarlığına verilən ən yüksək qiymətdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?