am 60 il əvvəl — 1956–1966-cı illərdə həmin internat məktəbinə ilk qəbul olan, bu müqəddəs darvazadan ilk addımını atan məzunlar illər sonra yenidən doğma təhsil ocağında, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında qonaq olublar.
Quba İnternat Məktəbinin otuz nəfərdən — 15 qız və 15 oğlandan ibarət olan bu ilk məzun dəstəsi illərin ardınca qayıdaraq uşaqlıq və gənclik xatirələrini təzələyiblər. Filialın direktoru, professor Yusif Alıyevlə səmimi şəraitdə keçən görüşdə qonaqlar illərin həsrəti, keçirilən qürur və sevinc hissləri ilə bölüşüblər. Professor Yusif Alıyev qocaman məzunları səmimi salamlayaraq, onların hər birinin bu təhsil ocağının təməl daşı, ilk ziyalı izləri olduğunu vurğulayıb, filialın keçdiyi şərəfli inkişaf yolundan bəhs edib.
Görüş zamanı qonaqlara son illərdə ADPU-nun Quba filialında həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri, tədris prosesinin müasir standartlara uyğunlaşdırılması istiqamətində atılan addımlar və tətbiq olunan yeniliklər barədə ətraflı məlumat verilib. Doğma məktəblərinin bugünkü müasir simasını, zəngin auditoriyalarını, elmi-mədəni mərkəzlərini görən məzunlar keçmişin nostaljisi ilə bu günün tərəqqisi qarşısında dərin qürur və minnətdarlıq hissəri keçiriblər. Onlar qeyd ediblər ki, bu divarlar arasında qazanılan bilik və mənəvi dəyərlər onların həyat yolunda hər zaman işıqlı bir məşəl olub.
Bu duyğusal görüş illər ötsə də, elmə, təhsilə və Vətənə olan sədaqətin, müəllim adının ucalığının əyani sübutuna çevrilib.









