31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə bağlı gənclərdən ibarət komandalar arasında XƏMSƏ intellektual yarışı keçirilib

29.12.2021
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə bağlı gənclərdən ibarət komandalar arasında XƏMSƏ intellektual yarışı keçirilib

23 noyabr- 26 dekabr aralıqlarında keçirilən yarış ADPU-nun Quba filialının və Quba Rayon Gənclər və İdman İdarəsinin, ADPU -nun Quba filialının TGT, THİK, TEC tələbə birliklərinin birgə təşkilatçılığı ilə baş tutub.
Yarış 5 turdan və 1 final oyunundan ibarət olub. Yarışın təşkilatçılığını filialın TGT sədri Səyyad Nəcəfov, İOK sədri Elxan Əskərov, İOK sədr müavini Şəbnəm Abdullayeva və moderator Rüfət İsbatov edib. Yarışda 8 komanda iştirak edib, yalnız 4 komanda filan oyununda yarışıb. Qalib komandaların təltif edilməsi filialın direktoru dosent Yusif Alıyev və Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev tərəfindən həyata keçirilib. Bu zaman Quba Gənclər və İdman idarəsinin nümayəndəsi Xəyal Hətəmov, direktor köməkçisi Mürvət Əliyev, moderator Rüfət İspatov və tələbə gənclər iştirak ediblər. Təltifedilmə mərasimində dos. Yusif Alıyev və Mustafa Nöhbalayev çıxış edərək qalib komandalara təbrik və arzularını çatdırıblar. Daha sonra Səyyad Nəcəfov və Rüfət İsbatov çıxış edərək qalib komandaları təbrik etmiş və tələbələrə asudə vaxtın səmərəli təşkilində şərait yaratdığı üçün dosent Yusif Alıyevə və tələbələrin rəğbətləndirilməsində, hədiyyə və diplomların təqdim edilməsində həmçinin yarışa texniki dəstəyinə görə Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayevə, kollektivinə dərin təşəkkürlərini bildiriblər. Bundan sonra da bu cür oyunların ərsəyə gəlməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini vurğulayıblar. Təşkilatçılıq işində yaxından köməklik göstərdiyi üçün fəal gənclərdən olan Rüfət İsbatov da Diplomla təltif edilib.
QEYD:
5 tur nəticəsində komandaların topladığı reytinq xalları:
1. “SİRİUS” komandası – 44 xal;
2. “LEGİON” komandası – 44 xal;
3. “MİRACLE” komandası – 42 xal;
4. “QARABAĞ AZƏRBAYCANDIR!” komandası – 39 xal;
5. “ASSASSİN’S CREED” komandası – 37 xal;
6. “VAKSİN” komandası – 30 xal;
7. “OMİCRON” komandası – 30 xal;
8. “MATRİS” komandası – 24 xal.

Final oyununun nəticələri :
1-ci yer : “MİRACLE” komadası;
2-ci yer : “SİRİUS” komandası
3-cü yer: ” QARABAĞ AZƏRBAYCANDIR!” komandası.

Qalibləri təbrik edir və əməyi keçən hər kəsə təşəkkürümüzü bildiririk.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?