TƏBRİK EDİRİK!

29.12.2025
TƏBRİK EDİRİK!

Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sabir Hacıyevin (Şahtaxtı) Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsis olunmuş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif olunub.
Xatırladaq ki, Sabir Şahtaxtı

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2010-cu ildə “Tərəqqi” medalına, sonrakı illərdə isə digər böyük mükafata layiq görülüb;
  • 2017-ci ildə TÜRKSOY-un türkdilli ölkələrin dövlət müstəqilliyinin 25 illiyinə təsis etdiyi xatirə medalı ilə təltif olunub;
  • 2021-ci ildə TÜRKSOY tərəfindən “Nizami Gəncəvi” medalı ilə mükafatlandırılıb;
  • 2022-ci ildə Türkiyədə fəaliyyət göstərən Avrasiya Yazarlar Birliyinin “Şərəf” medalına layiq görülüb;
  • 2022-ci ildə “Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi “Azərbaycanın qüruru” medalı ilə təltif olunub;
  • 2022-ci ildə TÜRKSOY tərəfindən “Əhməd Cavad” medalı ilə mükafatlandırılıb.
    Sabir Şahtaxtı Filial ailəsinin üzvü olduğu qısa bir müddətdə Vətənpərvərliyi, elmi, biliyi, xüsusi məsuliyyəti və səmiyyətlilə kollektimizin, eləcə də dərs dediyi tələbələrin böyük rəğbətini qazanıb.
    Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının direktoru, qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru, professor Yusif Alıyev başda olmaqla bütün kollektivimiz Sabir Şahtaxtını bu böyük mükafata görə, smimi qəlbdən təbrik edir, daha böyük uğurlar arzu edirik.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?