Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quba rayonu üzrə Təhsil Sektorunun tabeliyində olan Qımılqışlaq kənd tam orta məktəbində təşkil edilən görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialı da təmsil edilib.
Görüşdə Quba Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Aynur Yəhyayeva, ADPU-nun Quba filialının direktor müavini pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayeva, Rayon Təhsil Sektorunun aparıcı mütəxəssisi Nərmin Bilalova, Quba Regional Perinatal Mərkəzin direktoru Şəhla Həsənova, məktəbin direktoru Zəminə Mirzəyeva, Hacıhüseynli kənd ərazi dairəsi üzrə nümayəndə Valeh Əmrullayev, Hacıhüseynli kənd Bələdiyyəsinin sədri Azər Kamilov, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbirdə çıxış edən Quba RİH məsul əməkdaşı Aynur Yəhyayeva Quba rayonunda olan məktəblərdə İcra Hakimiyyəti xətti ilə mütəmadi olaraq belə tədbirlərin keçirildiyini, məktəblərin gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynadığını bildirib. O, eyni zamanda dövlət tərəfindən təhsil sahəsində həyata keçirilən islahatların şagirdlərin gələcək inkişafına yönəldiyini diqqətə çatdırıb.
Çıxış edən p.ü.f. d A. Şeydayeva da son dövrlər filialın direktoru professor Yusif Alıyevin rəhbərliyi ilə məktəblilərin mütəmadi olaraq filiala tanışlıq məqsədilə ekskursiyalarının təşkil edildiyini, Quba – Xaçmaz Regional Təhsil İdarəsi, Təhsil sektoru və Quba məktəbləri ilə uğurlu əməkdaşlıq layihələrinin icra edildiyini diqqətə çatdırıb.
Tədbir rəsmi və bədii hissədən ibarət olub, bütün çıxışçılar iştirakçıları 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik ediblər. Bədii hissədə əyləncəli nağıl qəhrəmanları da iştirak edib.Şagirdlərə hədiyyələr paylanılıb.Uşaqlarla birlikdə müxtəlif oyunlar oynanılıb,rəqs və əyləncə təşkil olunub.









