Quba filialında “Azərbaycan dilinin və Azərbaycan tarixinin tədrisi və təbliğində region təhsil müəssisələrinin starteji rolu” mövzusunda dəyirmi masa keçirilib

29.12.2025
Quba filialında “Azərbaycan dilinin və Azərbaycan tarixinin tədrisi və təbliğində region təhsil müəssisələrinin starteji rolu” mövzusunda dəyirmi masa keçirilib


15 dekabr 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 80 illik yubiley tədbirində çıxışı zamanı Azərbaycan dilinin qorunması və Azərbaycan tarixinin təbliği baxımından irəli gələn məsələlərin həlli ilə bağlı “Azərbaycan dilinin və Azərbaycan tarixinin tədrisi və təbliğində region təhsil müəssisələrinin starteji rolu” mövzusunda dəyirmi masanın keçirilməsi və həmin tədbirdə Quba rayonunun ümumtəhsil məktəblərinin direktorlarının və Azərbaycan dili və ədəbiyyat müəllimlərinin də iştirakları ilə dəyirmi masa keçirilib.
Açılış nitqi ilə çıxış edən filialın direktoru professor Yusif Alıyev AMEA-nın 80 illik yubileyində Prezident İlham Əliyevin tarixi çıxışının hər kəsin diqqətini cəlb etdiyini vurğulayıb. Çıxışda xüsusilə Azərbaycan tarixi və Azərbaycan dilinin tədrisi və təbliğində qarşıda duran vəzifələr, Azərbaycan dövlətinin və xalqının strateji hədəflərinə yönəlmiş bir sıra istiqamətlər üzrə strateji və uzunmüddətli yol xəritəsi təsvir edilib. Professor çıxışında həm də qeyd edib ki, bu gün Azərbaycan dövlətçiliyi, milli ideologiyası və sosial-iqtisadi həyatı baxımından öz tarixinin ən möhtəşəm və qürurverici dövrünü yaşayır, “buna görə də bu milli ideologiyaya vurğun olan hər bir azərbaycanlı Azərbaycan dilinin saflığının qorunmasında öz məsuliyyətini hiss etməli, bu işin sənin və mənim deyil, bizim olduğunu bilməlidir” deyə vurğulayıb. Prezident İlham Əliyevin məzmunlu nitqində Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı da alimlərimiz qarşısında mühüm vəzifələr qoyulduğunu diqqətə çatdıran direktor professor Yusif Alıyev həm də bu məsələnin yalnız ali məktəbin deyil, ümumtəhsil məktəblərinin müəllimlərinin məsuliyyətini də daha da artırdığını və bu istiqamətdə birgə işlərin icrasının labüdlüyünü diqqətə çatdırıb.
Direktor çıxışında həm də bugünki dəyirmi masada iştirak edən direktorları xüsusi salamlayıb, onların iştirakına şərait yaratdığı üçün Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşğun Əliyevə xüsusi təşəkkür ünvanlayıb, bu ilk layihədən ilhamlanaraq əməkdaşlıq istiqamətində yeni layihələrin yaranacağını bildirib. Coşğun Əliyevin rəhbərliyi ilə regionda təhsil müəssisələrinin əldə etdiyi uğurları, müxtəlif layihə və olimpiadalardakı şagird və müəllim nailiyyətlərini qeyd edən direktor prof. Y.Alıyev həm də regionda yeganə ali təhsil müəssisəsi olaraq bu əməkdaşlıqdan çox məmnun olduğunu deyib.
Daha sonra çıxış edən Quba şəhər Hacıbaba Əliyev adına 1 saylı tam orta məktəbin direktoru Habil Bayramlı, Quba şəhər Azad Məmmədov adına 2 saylı tam orta məktəbin direktoru Lalə Bədəlova, Quba rayonu Fizika-riyaziyyat və İnformatika təmayüllü məktəb-liseyin direktoru Kamran Əliyev, Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbin direktoru Sevil Allahverdiyeva da çıxış edərək vurğulayıblar ki, bütün ictimaiyyətin də şahid olduğu kimi dilimizin ədəbi normalarının qorunması yalnız dövlətin deyil, bütövlükdə cəmiyyətin mənəvi borcudur. Dilin milli mənsubiyyətin ayrılmaz hissəsi olduğunu qeyd edən Prezident, hər bir ziyalını, alimi bu sahədə birgə fəaliyyətə səsləyib.Buna görə də bizlər də Qubanın ziyalı mühiti olaraq böyük məmnunluq hissi ilə bu çağırışa qoşulmağa və bunun üçün əlimizdən gələni etməyə hazırıq.
Çıxış edən filialın professor – müəllim heyəti və və adı çəkilən məktəblərin və həmçinin Nügədi kənd 2 saylı tam orta məktəbin Azərbaycan dili və tarix müəllimləri də mövzu ətrafında olduqca maraqlı mülahizələrini bölüşüblər.
​Sonda görüşün məqsədləri ilə bağlı qərarlar qəbul edilib və birgə layihələrin icrası üçün təkliflər irəli sürülüb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?