ADPU-nun Quba filialında kafedraların növbəti iclasları keçirilmişdir

08.12.2025
ADPU-nun Quba filialında kafedraların növbəti iclasları keçirilmişdir
  Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialında kafedraların illik iş planına uyğun olaraq, qrafikə əsasən müəyyənlədirilmiş növbəti iclasları keçirilmişdir.
       19 noyabr 2025-ci il tarixində saat 11.00-da Filologiya kafedrasında növbəti iclası açıq elan edən kafera müdiri vəzifəsini müvəqqəti yerinə yetirən dosent Gülşən Ağabəy yetərsay olduğunu bildirərək gündəliyi təqdim etmişdir. Kafedranın müəllimləri gündəlikdəki məsələlərlə tanış olduqdan sonra onların müzakirəsinə keçmişlər. İclasda qarşıdakı Payız imtahan sessiyasına hazırlıq işləri müzakirə olunmuş, mövcud vəziyyət bir daha nəzərdən keçirildikdən sonra qərara alınmışdır ki, imtahan biletləri sillabusdakı suallara uyğun olaraq hazırlanaraq fənn birləşmə rəhbərlərinə təhvil verilsin və məhz onların təsdiqindən sonra kafedraya təqdim olunsun.
     İclasda Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin (TEC) XV konfransına hazırlıq məsələləri də nəzərdən keçirilmişdir. İclas iştirakçıları noyabr ayının 26-da keçiriləcək Tələbə Elmi Cəmiyyətinin XV konfransında iştirak edəcək tələbələrə verilmiş elmi işlərin yekunlaşdlrılaraq məqalələrin təşkilat komitəsinə təqdim olunmasının təmin edilməsi haqda qərar qəbul etmişlər.
    Kafedranın iclasında həmçinin, dekabrın 1-də dosent Gülşən Ağabəyin “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” fənni üzrə olacaq “açıq dərs” və dekabrın 22-də keçirilməsi nəzərdə tutulan Respublika Elmi Konfransı ilə bağlı məsələlər geniş müzakirə olunmuşdur. Hər iki tədbirdə kafedra əməkdaşlarının yaxından iştirak etməsinin zəruriliyi vurğulanmış və müvafiq qərar qəbul edilmişdir.
      Noyabrın 26-da Humanitar elmlər kafedrasının iclasında kafedra əməkdaşları ilə yanaşı, filialın direktor müavini, tarix üzrə fəlsəfə doktoru İsmayıl Mahmudov da iştirak etmişdir. Kafedra müdiri vəzifəsini müvəqqəti yerinə yetirən siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtı (Hacıyev) gündəlikdəki məsələlər barədə məlumat verdikdən sonra iclas iştirakçıları əvvəlcə elmi tədqiqat işlərini yerinə yetirilmə vəziyyətini müzakirə etmişlər. Elmi tədqiqat işləri üzrə mövzular götürən əməkdaşlar mövcud vəziyyət barədə məlumat vermişlər. Qərara alınmışdır ki, elmi-tədqiqat mövzuları götürən əməkdaşlar fəliyyətlərini bir daha nəzərdən keçirərək işlərini nəzərdə tutulan vaxtda yekunlaşdırıb kafedraya təqdim etmək üçün bütün imkanlardan maksimum səviyyədə yararlanmağa çalışsınlar.
 İclasın gündəliyindəki növbəti məsələ barədə də məlumat verən Sabir Şahtaxtı qeyd etmişdir ki, noyabrın 18-də kafedranın baş müəllimi Pərviz Qasımovun “Sosial iş” ixtisası üzrə Sİ 2401B qrupunda “Sosial işin nəzəriyyəsi və təcrübəsi” fənnindən “Peşəkar “Mən” konsepsiyası” mövzusunda “acıq dərs”i olmuşdur. “Açıq dərs”də filialın direktoru, “Qabaqcıl təhsil işçisi”, fizika üzrə elmlər doktoru Yusif Alıyevlə yanaşı, ali tədris müəssisəmİzdə təlim-seminarlara təşrif buyuran Özbəkistan Respublikasının pedaqoji ictimaiyyətinin nümayəndələri, dekan vəzifəsini müvəqqəti icra edən Nübar Bayramova da iştirak etmişlər. Bütün bunlara rəğmən, kafedranın gənc müəllimi P.Qasımov “açıq dərs”ə olduqca məsuliyyətlə yanaşmış, onu fəal keçirmiş və hazırlıq səviyyəsi bütün iştirakçılar tərəfindən yüksək dəyərləndirilmişdir.
  Kafedra əməkdaşları kollokviumların aparılmasına nəzarət və imtahan suallarının müzakirəsi məsələlərini nəzərdən keçirmişlər. Kollokviumların mövcud bölgüyə uyğun olaraq aparılması, qarşıdakı paylz imtahan sessiyasına  biletlərin sillabusdakı suallara uyğun olaraq hazırlanaraq fənn birləşmə rəhbərlərinə təhvil verilməsi və məhz onların təsdiqindən sonra kafedraya təqdim olunması haqda qərar qəbul olunmuşdur.
 Sonra iclas cari məsələlərin müzakirəsini aparmışdır. Əvvəlcə kafedranın baş müəllimi Kamal Sərvər oğlu Kamalovun ali təhsil pilləsinin bakalavriat səviyyəsi üçün “Sosial iş” ixtisası üzrə “Sosial işdə idarəetmə”, “Azərbaycanda sosial yardım sistemi” və “Zərərli vərdişlərin aludəçiləri ilə sosial iş” fənnləri üzrə hazırladığı proqramlar müzakirə edimiş və onların çap olunmasının fakültənin Elmi-Metodik Şurasına təklif edilməsi barədə qərar qəbul olunmuşdur.
   Daha sonra digər cari məsələ kimi Sabir Şahtaxtı məlumat veriərək qeyd edib ki, Qarabağ Zəfərini özündə tərənnüm edən “Duman çəkiləndə” siyasi-tarixi romanın Akademik Nizami Cəfərovun ön söz müəllifliyi ilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən Ankara şəhərində nəşr olunmuşdur. Səfirlik Ulu Öndərin əziz xatirəsinə ithaf olunan kitabın təqdimatını 10 dekabr 2025-ci il tarixində Ankarada keçirməyi nəzərdə tutur.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?