Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialında təlim alan Özbəkistan pedaqoqlar üçün növbəti dərs prosesi “Beyinin anatomik-fizioloji quruluşuna əsasən nitq yaranması, Forbrain və Tomatis aparatlarının inkuliziv təhsildə rolu və işləmə mexanizmləri, onların tətbiq sahələri, Defektoloji və Loqopedik qüsurlar və korreksiyası yolları” mövzularını əhatə edib.
Filialda təşkil olunan “Loqos” psixoloji və nitq mərkəzinin bu təlimini defektoloq-loqoped Həsrət Fərmanov, psixo-pedaqoq Ülviyyə Cəfərova və müalicəvi bədən tərbiyəsi mütəxəssisi Vüsal Ələskərov aparıblar.
Xüsusiyyəti ilə seçilən ixtisaslar üzrə mütəxəssislərimiz qardaş ölkədən olan pedaqoqlar üçün qeyd olunan mövzular ətrafında ən yeni üsulları və tətbiqləri bölüşüblər.
Təlim alanlar prosesdən məmnunluqlarını ifadə ediblər.
Xatırladaq ki, Azərbaycan Dövlət Pedaqoji Universitetin Təlim-Tədris Mərkəzi və ADPU-nun Quba filialının Təlim və Peşəkar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “İnklüziv təhsil və STEАM Texnologiyaları: Beynəlxalq Təcrübə və Qabaqcıl Təhsil Modelləri” mövzusunda Özbəkistan olan ikinci pedaqoji heyət üçün təlim-seminarlar keçirilir.












