Quba filialında Viqas Med Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Fidan Bağırova və klinik psixoloq Mənsur Xaspoladov tərəfindən uşaq nitqinin inkişafına dair növbəti innovativ seminar keçirilib
ADPU-nun Quba filialının Peşəkar İnkişaf Mərkəzi və Özbəkistan təhsil heyətinin birgə təşkilatçılığı ilə “İnklüziv təhsil və STEAM Texnologiyaları: Beynəlxalq Təcrübə və Qabaqcıl Təhsil Modelləri” proqramı çərçivəsində növbəti təlim-seminar baş tutub. Bu dəfə iştirakçılar üçün “Uşaq nitqinin inkişafında müasir və qeyri-adi yanaşmalar” mövzusunda praktik yönümlü seminar təqdim edilib.
Təlim zamanı Viqas Med Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Fidan Bağırova və klinik psixoloq Mənsur Xaspoladov müxtəlif cihazlardan istifadə etməklə praktiki nümunələr fə təqdim ediblər.
Təqdimat zamanı güzgü neyron aktivləşdirməsi, kinestetik nitq stimulyasiyası, “sound painting”, “whisper strategy”, həmçinin sağ və sol yarımkürənin eyni vaxtda işə salınmasına əsaslanan Dual Brain texnikası kimi innovativ yanaşmaların praktiki tətbiqi göstərilib. Uşaqlarla aparılan qısa məşğələlər seminar iştirakçılarının böyük marağına səbəb olub.
Təlim sonda sual-cavab sessiyası ilə davam etdirilib.
İştirakçılar müəllim və psixoloqlarla real təcrübə və metodu müzakirə etmək imkanı qazanıblar.














