Quba filialı və Soyqırımı Memorial Kompleksində birgə seminarlar təşkil olunub

08.12.2025
Quba filialı və Soyqırımı Memorial Kompleksində birgə seminarlar təşkil olunub

Quba Soyqırımı Memorial Kompleksində bu qurumun və Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının əməkdaşları Özbəkistandan olan pedaqoji heyət üçün birgə seminarlar keçiriblər.
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü mövzusunda semnarı Quba Soyqırımı Memorial Kompleksinin direktor müavini Mehriban Əliyeva efir təqdimatı formasında aparıb. 1918-ci ilin mart və aprel aylarında daşnak-bolşevik silahlı birləşmələri tərəfindən Azərbaycan xalqına qarşı törədilən bəşəri cinayətlərin səbəb, məqsəd və nəticələrindən danışan məruzəçi diqqətə çatdırılıb ki, Qubada aşkar edilmiş kütləvi məzarlıq qanunsuz erməni silahlı birləşmələrinin XX əsrin əvvəllərində Azərbaycan xalqına qarşı törətdikləri ən böyük cinayətlər sırasındadır. Ərazidə tapılan kütləvi məzarlıq və ona bağlı proseslərlə bağlı geniş məlumat verən Mehriban Əliyeva qeyd edib ki, Quba Soyqırımı Memorial Kompleksinin fəaliyyəti tarixi həqiqətləri gələcək nəsillərə çatdırmaqdır. Bu kütləvi məzarlıq hansı tərəfinə gerçəkdən soyqırımına məruz qaldığının faktiki tarixi təsdiqidir.
Sonra ADPU-nun Quba filialının “Humanitar elmlər” kafedrasının müdiri vəzifəsini müvəqqəti icra edən, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının “Azərbaycan-Özbəkistan müttəfiqliyi: tarixi şəraitin düzgün dəyərləndirilməsində liderlik” mövzusunda efir təqdimatı olmuşdur.
İki qardaş xalqın milli-azadlıq mübarizəsinin tarixi və müasir istiqamətləri, keçmiş SSRİ dövründə əlaqələrin əhəmiyyəti, müstəqilliyin bərpası proseslərindəki ortaq çətinliklər barədə fikir və düşüncələrini bölüşən təqdimatçı dövlətlərarası münasibətlərin təməlinin yaranmasında ümummilli lider Heydər Əliyevin və özbək xalqının böyük oğlu İslam Kərimovun müstəsna xidmətlərindən danışıb.
Dil, din, ənənələr kimi mühüm ortaq dəyərlərimizin xalqlarımızın inteqrasiyasındakı rolundan bəhs edən məruzəçi dünyadakı ağır münaqişələrdən bir neçəsini sadalayaraq əsaslandırıb ki, dünyada ortaq dəyərlər sülh və sabitlik üçün heç də yetərli deyil, dövlətləri və xalqları bir-birinə yaxınlaşmasında liderlərin əvəzsiz rolu, missiyası və təsiri vardır. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dostluq əlaqələri iki qardaş ölkənin münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldib. Qeyd olunub ki, Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxışı bir daha nümayiş etdirdi ki, Azərbaycan Orta Asiya qardaş dövlətləri ilə eyni siyasi ailənin bərabərhüquqlu üzvü olmaqdan məmnundur. Azərbaycan-Özbəkistan münasibətlərindəki müttəfiqlik, kültur diplomatiyası və iqtisadi əlaqələrin nəticələri, ortaq enerji layihələri və kommunikasiya sahəsindəki əməkdaşlığın perispektivləri bütün Avrasiya üçün faydalıdır.
Xatırladaq ki, qeyd olunan efir təqdimatları Pedaqoji Universitetin Quba filialında ADPU-nun Təlim-Tədris Mərkəzi ilə ADPU-nun Quba filialının Peşəkar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı əsasında təşkil olunan “İnklüziv təhsil və STEAM Texnologiyaları: Beynəlxalq Təcrübə və Qabaqcıl Təhsil Modelləri” mövzusunda təlim-seminarların iştirakçısı olan Özbəkistan təhsil heyətləri üçün keçirilib.
Hər iki efir təqdimatı özbək pedaqoqlar tərəfindən böyük maraqla qarşılanıb.
Çıxışçılar sualları cavablandırıblar.
Xatirə fotoları çəkdirilib.
Sonra dinləyicilərə Quba Soyqırımı Memorial Kompleksi və Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının ortaq sertifikatları verilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?