Könüllülükdən karyeraya

05.12.2025
Könüllülükdən karyeraya

Quba filialında 5 Dekabr – “Beynəlxalq Könüllülər Günü” münasibətilə “Könüllülükdən karyeraya” adlı görüş keçirilib.

Tədbirdə müxtəlif layihələrdə uğur qazanmış spikerlər öz inkişaf hekayələrini bölüşərək könüllülüyün onlara qazandırdığı dəyərlərdən, yaradılan imkanlardan və karyeralarına verdiyi töhfələrdən danışıblar. Gənclər isə sual-cavab sessiyasında mövzuları daha dərindən öyrənmək, həm motivasiya, həm də praktiki məsləhətlər əldə etmək imkanı qazanıblar.

Görüşün ən yadda qalan məqamlarından biri isə il ərzində fəallığı ilə seçilən tələbələrin təltif olunması olub. Bu, həm onların əməyinə verilən dəyər, həm də digər gənclər üçün motivasiya mesajı kimi qarşılanıb.

Qeyd: Görüş Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba–Xaçmaz regional nümayəndəliyi,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?