Quba filialının tələbəsi “İlin könüllüsü” seçildi
Dekabrın 4-ü Bakı Konqres Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan və 3500-ə yaxın Azərbaycan könüllüsünü bir araya toplayan “Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu” baş tutub.
Forumda müxtəlif könüllü təşkilatlarının təmsil olunduğu sərgi baş tutub.
Tədbir çərçivəsində, il ərzində fəallığı və təşəbbüskarlığı ilə fərqlənmiş könüllülər təltif edilib. “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu”nda “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüsü, ADPU-nun Quba filialının Humanitar və təbiət elmləri fakültəsinin “Xarici dil müəllimliyi” ixtisasının III tədris ili tələbəsi Gülyanaq Əhmədova “İlin könüllüsü” mükafatı ilə təltif ediliblər.Qeyd edək ki, bu mükafat RİİB tərəfindən Şimal regionu üzrə ilk dəfə təqdim edilir.
Tələbəmizi ürəkdən təbrik edirik.
Adı çəkilən tədbirdə filialın İbtidai sinif müəllimliyi ixtisasının III tədris ili tələbəsi Asiman Ramazanova da iştirak etmişdir.




