Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialı ilə Daşkənd vilayəti Pedaqoji Məharət Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bu memorandum Azərbaycan Dövlət Pedaqoji Universitetin beynəlxalq əlaqələr üzrə prorektorluğunun dəstəyi ilə ADPU-nun Quba filialının beynəlxalq əlaqələri çərçivəsində növbəti mühüm addımıdır.
Sənədi filialın Azərbaycan-Özbəkistan Türk Dünyası Tanıtım və Kültür Mərkəzində Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının direktoru, professor Yusif Alıyev və Daşkənd vilayəti Pedaqoji Məharət Mərkəzinin direktoru Timur Kalmuratov imzalayıblar.
Filialın direktoru Yusif Alıyev və Daşkənd vilayəti Pedaqoji Məharət Mərkəzinin direktoru Timur Kalmuratov imzalanan sənədin yüksək əhəmiyyət daşıdığını, böyük səmərə gətirəcəyinə əminliklərini ifadə ediblər.
On bir bəndən ibarət sənəd iki nüfuzlu təhsil təşkilatı arasında qarşılıq və ortaq təlim-seminarların təşkili, eləcə də təhsil istiqamətində əməkdaşlıq əlaqələrinin genişlənməsini nəzərdə tutur.
Xatırladaq ki, Azərbaycan Dövlət Pedaqoji Universitetin Təlim-Tədris Mərkəzi və ADPU-nun Quba filialının Peşəkar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “İnklüziv təhsil və STEАM Texnologiyaları: Beynəlxalq Təcrübə və Qabaqcıl Təhsil Modelləri” mövzusunda Özbəkistan pedaqoji heyəti üçün təlim-seminarlar keçirilib.
Sözügedən sənəd bu çərçivədə imzalanıb.
İmzalanma mərasimində hər iki tərəfdən struktur rəhbərləri iştirak ediblər.
Sonra xatirə şəkili çəkdirilib.




